ABŞ Konqresində Azərbaycan işçi qrupunun həmsədri Stiv Koen müasir İpək Yolundan yazıb | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Konqresində Azərbaycan işçi qrupunun həmsədri Stiv Koen müasir İpək Yolundan yazıb

10:15 - 14 / 05 / 2016
ABŞ Konqresində Azərbaycan işçi qrupunun həmsədri Stiv Koen müasir İpək Yolundan yazıb

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri Stiv Koen nüfuzlu “USNews” qəzetində dərc etdirdiyi məqalədə bu ölkənin rəsmi dairələrini Qafqaz və Mərkəzi Asiyadan keçməklə, Avropa ilə Asiya arasında müasir “İpək yolu”nu təmin edəcək Trans-Xəzər Şərq-Qərb nəqliyyat və tranzit dəhlizinin inşasına fəal dəstək verməyə çağırıb.

Yazıda konqresmen Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin regional ticarət və tranzit daşımalarının inkişaf etdirilməsi məqsədilə səylərini birləşdirdiyi və bunun gələcəkdə regionu biznes və yatırımlar üçün cəlbedici məkana çevirəcəyi qeyd olunub.

Stiv Koen, həmçinin ABŞ-Azərbaycan münasibətlərinə toxunaraq, ölkəmizin Birləşmiş Ştatların etibarlı tərəfdaşı olduğunu bildirib. O, iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlıqdan söhbət açıb.

Bu məqalə Qərb dairələrində müasir “İpək yolu”, xüsusilə “Trans-Xəzər Şərq-Qərb nəqliyyat və tranzit dəhlizinə artan marağın növbəti nümayişidir. Xatırlatmaq lazımdır ki, bir neçə həftə əvvəl – aprelin 28-29-da Vaşinqtonda ABŞ-ın tanınmış elm və təhsil müəssisələrindən olan Cons Hopkins Universitetində Azərbaycan tərəfinin təşəbbüsü, Gürcüstan, Qazaxıstan və Türkiyənin ABŞ-dakı səfirlikləri ilə birgə Trans-Xəzər dəhlizinə həsr olunmuş geniş konfrans təşkil edilib.

Stiv Koenin məqaləsinin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

AZƏRTAC

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər