Qondarma “DQR”-in tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin komissiyasında müzakirə olunacaq | 1news.az | Xəbərlər
Siyasət

Qondarma “DQR”-in tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin komissiyasında müzakirə olunacaq

22:30 - 14 / 05 / 2016
Qondarma “DQR”-in tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin komissiyasında müzakirə olunacaq

Mayın 16-da qondarma  “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin xarici əlaqələr komissiyasında müzakirə olunacaq. 

APA-nın xəbərinə görə, bu barədə “Panorama.am” saytına komissiyanın sədri Artak Zakaryan bildirib.

“Komissiyanın qanun layihəsinə verəcəyi rəy parlamentə təqdim olunacaq”, - deyə  Zakaryan bildirib.

Reqlamentə əsasən, qanun layihəsi parlamentdə daxil olduqdan sonra o, parlamentin dördgünlük iclaslarının gündəliyi layihəsinə daxil edilir. Reqlament parlamentə üç qərardan birini qəbul etməyə icazə verir: gündəliyə daxil etmək, imtina etmək və təxirə salmaq.  

Qeyd edək ki,  Ermənistan hökuməti mayın 5-də “DQR”-in tanınması ilə bağlı qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərib.

Layihənin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır.

Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə layihə İrəvanda gündəliyə daxil ediləcək.

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər