Lavrov və Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Lavrov və Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər

15:22 - 16 / 05 / 2016
Lavrov və Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri bu gün Vyanada görüş zamanı Dağlıq Qarabağdakı, Suriya və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib.

S.Ryabkov qeyd edib ki, bu gün əsas mövzu - Suriya və Dağlıq Qarabağ, eləcə də Ukrayna və ikitərəfli münasibətlər müzakirə olunacaq.

Daha öncə S.Lavrov Vyanada S.Kerri ilə görüşmək niyyəti barədə bildirmişdi.

1news.az

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər