Rasim Musabəyov: “Ermənistan Azərbaycana qarşı “çirkli bombalar” istifadə edərsə, o zaman Haaqa tribunalında cavab verməli olacaq” | 1news.az | Xəbərlər
Müsahibə

Rasim Musabəyov: “Ermənistan Azərbaycana qarşı “çirkli bombalar” istifadə edərsə, o zaman Haaqa tribunalında cavab verməli olacaq”

17:24 - 16 / 05 / 2016
Rasim Musabəyov: “Ermənistan Azərbaycana qarşı “çirkli bombalar” istifadə edərsə, o zaman Haaqa tribunalında cavab verməli olacaq”

1news.az oxucularına Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla müsahibəni təqdim edirik:

- Son zamanlar Metsomor Atom Elektrik Stansiyası (AES) ilə bağlı müzakirələr genişlənib. Burada əsas müzakirə obyektinin onun region üçün yaratdığı təhlükədir. Bu məsələnin aktuallaşması nə ilə əlaqədardır?

- Metsomor AES ilk növbədə ermənilərin özləri üçün təhlükə mənbəyidir. Biz də bu təhlükəyə diqqəti cəlb etməliyik. Metsomor stansiyası Avropa qitəsində fəaliyyət göstərən 69 elektrik stansiyadan biridir və ən təhlükəlisidir. Bu haqda danışmamaq doğru olmazdı.

Azərbaycanı narahat edən məsələ təkcə bu stansiyanın vəziyyəti deyil, həm də ermənilərin qanunsuz fəaliyyətlə məşğul olaraq parçalanan materiallardan istifadəsi, radiaktiv maddələrlə bağlı qanunsuz ticarətlə məşğul olmasıdır. Bununla bağlı faktlar çoxdur. Bundan əlavə ermənilər həm də nüvə silahından istifadə etməklə şantaja əl atıb ki, buna göz yummaq olmaz.

- Ekspertlərin rəyinə görə Metsomor AES-də partlayış olsa onun fəsadları Ermənistan ərazisindən daha geniş ərazini əhatə edə bilər. Bu zonada bütün qonşu dövlətlər, o cümlədən Rusiya Federasiyası da olacaq. Bu ölkələr Ermənistana təzyiq edərək stansiyanın bağlanmasına nə üçün nail olur?

- Məsələ stansiyanın vuracağı zərərin səviyyəsindədir. Əgər ciddi emissiyalar olarsa raioaktiv çöküntülər atmosferə dola bilər ki, bunların da uzaq məsafəyə yayılma təhlükəsi vardır. Məsələn Çernobl AES-də baş verən partlayışdan hətta Skandinaviya ölkələri də əziyyət çəkib.

Əgər Metsomor AES-də Çernobil faciəsinə bənzər hal baş versə yaxın 100 km ərazidə yaşamaq mümkün olmayacaq. Hətta Çernobil səviyyəsində haisə olmasa belə həmin stansiya təhlükəlidir cünki köhnə texnologiya ilə trikilib atmosferə hər hansı sızma olarsa onun qarşını alacaq günbəz yoxdur. Həm də bu stansiyanın istifadə müddəti bitdiyi halda ermənilər daha 10 il bu müddəti uzatmağı nəzərdə tutur. Düşünürəm ki, bu məsələyə diqqəti çəkmək vacib və mütləqdir. Başqa bir məsələ ondan ibarıtdir ki, bunu eşidən olacaqmı, Rusiya erməni tərəfinə istifadə müddəti bitmiş stansiyadan yararlamağın imkansız olduğunu başa sala biləcəkmi?  

Çətin ki, Cünki ermənilər yenə də ağlamağa başlayacaq ki, bu yeganə ucuz qiymətə başa gələn stansiyadır.O, elektrik qiymətlərinin baha olmasına baxmayaraq nisbətən  münasib səviyyədə qalmasını təmin edir. Stansiyanın bağlamaq da yetərincə xərc tələb edəcək. Axı stansiyanı söndürülmüş, belə demək olarsa “ soyuq” rejimdə saxlamaq üçün də pul xərcləmək lazım olacaq və əvəzində onlar heç nə qazanmayacaqlar.

Güman edək ki, Ermənistan təmənnasız qaz və ya milyard dollar əvəzinə elektrik enerjisi almaq üçün AES-i bağlayar ki, bu qazı elə İran və ya Rusiyadan da əldə edə bilər. Lakin ona bu addımı atmaq üçün kim imkan verə bilər? Kim buna razılaşar? 

Mövzu ilə əlaqədar oxuyun:

“Metsamor AES” – Qafqazın barıt çəlləyi – TƏHLİL

- Metsamor AES-in nüvə materiallarını və belə deyək ki, Azərbaycan üçün “çirkli bombalar” hazırlanması ehtimalını necə qiymətləndirirsiniz?

- Prinsipcə, orada bağlanmaq üçün materiallar var. Erməni vətəndaşlarının həmin elektrik stansiyasında işləmək və oradan radioaktivlər materialların satmaq faktı da var. Əlbəttə ki, onların bomba hazırlaması nüvə bombasının effektini verməyəcək. Əgər bomba, silah və ya raket hazırlayarkən oraya uran və ya plutonium qoyulması bu da radioaktiv çirklənməyə səbəb olacaq, lakin nüvə bombasının partlayışı kimi geniş ərazini əhatə etməyəcək. Bu, mümkün olandır. Nəzərə alsaq ki, onların köhnə də olsa, SKAD tipli bombaları var və həmin bomba 300 kilometr məsafə sərf edərək 1 tonluq başlığa malikdir, əlbəttə ki, ermənilər bundan “çirkli bomba” hazırlayaraq harayasa buraxa bilərlər.

Digər məsələyə gəlincə, bunun cavabını Haqqa tribunalı qarşısında verməli olacaqlar və məlum deyil ki, ermənilərin bu cür alçaq hərəkətindən sonra dünyada onlara qarşı rəğbət hissi qalamyacaq. Erməniləri qaçılmaz əzab gözləyəcək, eləcə də ölkəmizdən – Naxçıvandan İrəvanı tamamilə əhatə etmək olar.

- Fikrinizcə, Azərbaycan Metsamot AES-in qanunsuz fəaliyyəti, radioaktiv qaçaqçılığına qarşı hansı tədbirlərlə əks-təsir edə bilər?

- Bu, nə Azərbaycanın, nə də Türkiyənin işi deyil. Bu, MAQATE-nin işidir. Biz bu məsələni qaldırarkən, Ermənistanın da bu sahədə öhdəlikləri olan ilk növbədə MAQATE-nin diqqətini nəzərə alırıq.  Ermənistan nüvə silahlarının yayılmaması üçün, eləcə də parçalanan materialların dövriyyəsinə nəzarələ bağlı razılaşma imzalayıb. Və MAQATE də bu cür faktlara reaksiya göstərməli, nəzarət həyataq keçirməli və bu işlərin necə getməsi ilə bağlı öz qiymətləndirməsini verməlidir. Əgər Ermənistan MAQATE-nin tövsiyələrinə əməl etməzsə, o zaman güclü təsirə, nəticə etibarilə sanksiyalara düşmək ehtimalı var.

Azərbaycan dünya ictimaiyyətinin diqqətini bu problemə yönəltməlidir. Biz də MAQATE-nin üzvüyük və düşünürəm ki, lazımi sənədlər hazırlanara oraya göndəriləcək.

- KXDR və İrana qarşı münasibətdə sanksiyaların dünya ictimaiyyəti tərəfindən qəbulunun nüvə proqramları ilə bağlı presendentlər var. Nəzərə alsaq ki, Ermənistan tərəfindən Azərbaycana qarşı “çirkli bombaların” tətbiqi ilə bağlı təhdidlər səsləndirilib,  analoji tədbirlərin həyata keçirilməsi ehtimalı varmı? 

- Bu hədələr yalan ola bilər. Çox güman ki, bunlar yalandır. İstənilən halda, əgər bunlar doğrudursa, o zaman sistemə nəzarət yoxlanılmalıdır, bütün bu materialların saxlanılması yoxlanılmalıdır, artıq aşkar olunmuş, Qrant Baqratyandan götürülmüş izahat faktları araşdırılmalıdır. Heç olmasa onu çağırmaq və söhbət etmək lazımdır. O, bunu necə söyləyə bilər?! Nəticə etibarilə o, parlamentin deputatı və sabiq baş nazirdir.

1news.az

Paylaş:
1913

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər