Haynts Fişer Respublika Günü münasibətilə Azərbaycan prezidentini təbrik edib
Avstriya prezidenti Haynts Fişer Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, H. Fişerin məktubunda deyilir:
“Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram. Bu xoş fürsətdən istifadə edərək, sizə uğurlar, əmin-amanlıq diləyir, Azərbaycan xalqına isə xoşbəxt gələcək arzulayıram”.
1news.az
635