Prezident İlham Əliyev Konstitusiya günü münasibətilə Norveç Kralını təbrik edib
Azərbaycan Prezidenti İham Əliyev Norveç Kralına təbrik məktubu ünvanlayıb.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda bildirilir.
Norveçin Kralı Əlahəzrət V Haralda
Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
646