Prezident İlham Əliyev Federika Moqerini ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev Federika Moqerini ilə görüşüb

22:22 - 16 / 05 / 2016
Prezident İlham Əliyev Federika Moqerini ilə görüşüb

Görüş Vyanada Dağlıq Qarabağ üzrə danışıqlar öncəsi baş tutub.

1news.az RİA "Novosti"yə istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Vyanada Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

görüş ATƏT-in Minsk qrupuna üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin iştirakı ilə keçiriləcək Dağlıq Qarabağ üzrə iclas öncəsi baş tutub.

Qeyd edək ki, daha sonra F.Mogerini Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin aprelin əvvəlində cəbhədə yaşanan gərginlik müzakirə olunub.

Moqerini Avropa İttifaqının ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini və münaqişə zonasında etibarın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin reallaşdırılması məsələsində yardım etməyə hazır olduğunu ifadə edib.

1news.az

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər