Dövlət əhəmiyyətli rabitə kabelini kəsən Salyan sakinləri tutulublar
Salyan rayonunda dövlət əhəmiyyətli rabitə kabelini kəsən şəxslər saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də rayon sakinləri Rüfət Cəfərova məxsus dəyirmandan və Oqtay Qarayevə məxsus evdən elektrik mühərrikinin mis sarğısı və əlvan metal oğurlamış, habelə kabel-kanalizasiya qurğularının içərisindən keçən “Aztelecom” MMC-yə məxsus dövlət əhəmiyyətli magistral rabitə kabelini kəsmiş şəhər sakinləri Adil Orucov və Misir Şəkərov tutulublar.
1news.az
541