Hindistan, Monteneqro və Meksika prezidentləri Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər | 1news.az | Xəbərlər
Rəsmi

Hindistan, Monteneqro və Meksika prezidentləri Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər

18:51 - 17 / 05 / 2016
Hindistan, Monteneqro və Meksika prezidentləri Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər

Hindistan Respublikasının Prezidenti Pranab Mukherci, Monteneqronun Prezidenti Filip Vuyanoviç və Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nieto 28 May Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Respublika Günü münasibətilə xalqımızı təbrik edən dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə etməklə yanaşı, bu əlaqələrin gələcəkdə daha da güclənəcəyinə əminliklərini ifadə ediblər.

1news.az

 

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər