Rusiyalı ekspert: “1994-cü ilin Qarabağ üzrə danışıqlar formatına qayıtmaq mümkün deyil” | 1news.az | Xəbərlər
Müsahibə

Rusiyalı ekspert: “1994-cü ilin Qarabağ üzrə danışıqlar formatına qayıtmaq mümkün deyil”

16:04 - 18 / 05 / 2016
Rusiyalı ekspert: “1994-cü ilin Qarabağ üzrə danışıqlar formatına qayıtmaq mümkün deyil”

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupu həmsədr ölkələri (ABŞ, Rusiya və Fransa) XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşü keçirilib.

Görüşdə həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Andrye də iştirak edib.

Bununla əlaqədar Rusiyalı politoloq, “The Workshop of Eurasian Ideas Fund” ("Avrasiya ideyaları emalatxanası" elmi araşdırmaları fondunun dəstəyi) ekspertlər şurasının sədri Qriqoriy Trofimçuk 1news.az-a müsahibəsində bir sıra sualları cavablandırıb:

- Cənab Trofimçuk, Azərbaycan və Ermənistan prezidenlərinin Vyana görüşünün yekununu necə qiymətləndirirsiniz?

-  Gərgin hərbi qarşıdurmadan sonra Azərbaycan və Ermənistan prezidenlərinin Vyana görüşünün özü yekunun nəticəsidir. Digər vacib məqamı da qeyd etmək lazımdır ki, bu, Qərbin Dağlıq Qarabağ münaqişəsi prosesinə təsir etmək istəməsidir. Qərb özünə hesabat verir ki, regionda əvvəlki vəziyyət olmayacaq. Buna görə də, vəziyyətin yeni inkişafından kənarda qalmağa çalışır.

“1994-cü il”in, belə deyək ki, köhnə formatı (məhz tərəflər arasında atəşkəs rejimi bu cür adlanır - 1news.az-ın qeydi) vəziyyətinə qayıtmaq, bunu gözləmək faydasızdır. Halbuki, Vyanada atəşkəs rejiminin tətbiqi təsdiq edilsə də, lakin faktlar bu məqsədə nail olmağın çətinliyini göstərir.

- Aprel hadisələrindən sonra danışıqlar prosesində status-kvo əhəmiyətli dərəcədə dəyişib. Bununla əlaqədar gələcəkdə nəyi gözləmək olar? Münaqişənin gələcək eslakasiyasını gözləmək mümkünmü və ya...?

- Münaqişənin eslakasiyası praktiki olaraq qaçılmazdır. Belə ki, aprelin əvvəlindəki hadisələr bir çox şeyi dəyişib. Təəssüflər olsun ki, Azərbaycan Ordusunun ələ keçirdiyi yüksəkliklərlə bağlı məsələlər müzakirə olunmur. Mən, aprel döyüşlərini “müharibədən öncəki” termin adlandırardım ki, zənnimcə bu, vəziyyəti daha aydın təsvir edir. Əgər hazırki anlaşıqsız vəziyyət uzanarsa, o zaman gözlənilməzliklər də güclənəcək. Bununla yanaşı qeyd edim ki, İrəvan kompomisə hazır deyil.

Rusiya isə bu fonda bəyan edir ki, qeyri-hərbi, diplomatik yanaşmadan başqası yoxdur. Lakin bu məzmunda da məsələ yoxdur.

- Yeri gəlmişkən kompromislər haqda. Azərbaycan Prezidenti ilk başdan hüdudları – “qırmızı xətt” kimi qeyd edib - Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Ermənilər isə, görünür əks nəticəyə nail olmağa çalışırlar. Belə olan halda, Vyanadakı görüş zamanı Lavrov kompromislərin hansı hazırlığından danışıb?

- Ermənistan və Azərbaycan arasında apreldə baş verən hadisələrdən yayınaraq qeyd etmək olar ki, Dağlıq Qarabağ münaqişəsi prosesində yeganə kompromis (mən bunu illər öncə söyləmişəm) heç olmasa Dağlıq Qarabağa aid yeddi rayondan biri Azərbaycanın nəzarətinə keçməsidir.

Azərbaycan regiona, eləcə də dünyaya öz torpaqlarının iqtisadiyyatının inkişafı və regional təhlükəsizliyin təmin etməsini göstərməlidir. Lakin bu cür kompromislərin zamanı tamamilə ötürülüb. Hazırda bugünkü kompromislər – bu, Azərbaycanın tələblərinə cavab verən, hətta kifayət qədər uzun müddətli mərhələ olsa da torpaqların aydın bölgüsüdür. Qalanları, (danışıqlar, həlak olanların mübadiləsi və s.) isə kompromislərə daxil olmayan məsələlərdir.

- Hərbi əməliyyatlar (Rusiyanın köməyi olmadan) dayandırılandan sonra Qərb regionda öz təsirini saxlamaq üçün Moskvanın təşəbbüsü ələ almasından danışdı.  Bununla belə, Vyana görüşünü amerikalılar təşkil edib...

- Rusiya prosesə qarışaraq aydın bildirdi ki, hərbi əməliyyatlar dayandırlandan sonra danışıqlar vəziyyəti daha fəal, ən əsası isə konkret olaraq aparılacaq.

İndi hadisələrdən bir ay ötüb və Vaşinqton da təbii olaraq prosesləri zəiflədərək fəallığı azaltmağa və hadisələrin asılı vəziyyətə keçidini saxlayır. Buna görə də, Rusiya və Ermənistanın (Lavrov Sarkisyanın yanında, Azərbaycan nümayəndəsinin qarşısında, eyni zamanda masanın başında amerikalıların əyləşdirilərək) nədənsə danışıqlar masasında yan-yana əyləşdirilərək Avropada görüşü təşkil olunmuşdu.

Qəribədir, Rusiya nümayəndələri buna razı olub. Dediyim kimi, ABŞ Qarabağ mövzusunda təşəbbüsü əldən verib, indi isə bunu necə irəli sürməyi qərarlaşdırır. Amerika Rusiyadan fərqli olaraq heç bir yerə tələsmir, belə ki, o Cənubi Qafqazdan kənardadır. 

- Bu yaxınlarda Ermənistan parlamenti “DQR-in tanınması” ilə bağlı qanun layihəsini təxirə saldı. Bu layihə hansı məqsədlə günün mövzusuna çevrilib və saxta rejimin “tanınmaq və ya tanınmamaqla” bağlı məsələsini müzakirə etmək nə dərəcədə ciddidir?

- “DQR”-in tanınması məsələsi qorumaq, Bakını qorxutmaq hesabı ilə edilib. Guya “əgər Azərbaycan növbəti addım atsa, Ermənistan ərazisinə millimetr də olsa addım atsa bu tanınma baş verəcək”.

Bundan əlavə, vacib faktor da var – bu cür tanınmalar  Vaşinqtonun  planlarına daxildir. Ermənisdtan üçün problem oradadır ki, bu cür addımdan sonra Dağlıq Qarabağın de-fakto hökuməti ilə münasibətlərdə heç nə dəyişməyəcək, bununla belə siyasi problemlər isə artacaq. 

- Bir sıra KİV-də Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi ilə bağlı məlumatlar müntəzəm olaraq yayımlanır. Bu cür məlumat yığıntısı nə ilə əlaqədardır?

- Ümumilikdə bunu istisna etmək olmaz. Lakin Azərbaycan bu ssenariyə bir şərtlə razılaşa bilər: aydın, müddətli, torpaqların mərhələli qaytarılması proqramı əsasında. Qalan bütün hallarda Rusiya sülhməramlılarının regionda yerləşdirilməsi müharibə üçün zəmin yaradır. Eləcə də, bu addım NATO-nun Cənubi Qafqazda fəəliyyətini artıracaq ki, bu da Azərbaycan, Gürcüstan, Tükiyə və başqalarının hərbi-siyasi birləşməsini artıracaq.

Rusiya sülhməramlılarının yerləşdirilməsi Ermənistanı münaqişə tərəfi kimi qane edir.

1news.az

Paylaş:
2423

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər