Fransalı senator: “Atəşkəs rejiminin möhkəmləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin müvəqqəti həllidir” | 1news.az | Xəbərlər
Siyasət

Fransalı senator: “Atəşkəs rejiminin möhkəmləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin müvəqqəti həllidir”

17:08 - 18 / 05 / 2016
Fransalı senator: “Atəşkəs rejiminin möhkəmləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin müvəqqəti həllidir”

“Atəşkəs rejiminin möhkəmləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin müvəqqəti həllidir”.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu fransalı senator Natali Qule deyib.

Onun sözlərinə görə, atəşkəs rejimi müharibədən yaxşıdır, lakin bu, münaqişənin müvəqqəti həllidir:

"Bu yalnız o halda yaxşı qərar ola bilər ki, hər iki tərəfin yaxşı niyyəti olsun".

N.Qule qeyd edib ki, Azərbaycan erməni təxribatlarına cavab verməyərək müdrikliyini göstərir:

"Ermənistanın özünü qurban kimi göstərmək kimi istedadı var. Amma özünü qurban kimi göstərmək cəhdləri real vəziyyətə uyğun deyil".

1news.az

Paylaş:
369

Son xəbərlər

Bütün xəbərlər