Efiopiya prezidenti İlham Əliyevi təbrik edib
Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Mulatu Teşomi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə Azərbaycan xalqına və Hökumətinə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, Hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin gələcək illərdə də möhkəmlənəcəyinə əmin olduğumu bildirmək istərdim.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm”.
1news.az