“Adjara P.S.” qəzeti nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynadığını yazır | 1news.az | Xəbərlər
Siyasət

“Adjara P.S.” qəzeti nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynadığını yazır

21:08 - 18 / 05 / 2016
“Adjara P.S.” qəzeti nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynadığını yazır

Acarıstan Muxtar Respublikasının nüfuzlu “Adjara P.S.” qəzetinin 17 may tarixli nömrəsində “SOS - nüvə və radioaktiv materialların satışı faktları nəyə görə tez-tez baş verir” adlı geniş məqalə dərc olunub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycanın Batumi şəhərindəki baş konsulluğunun məlumatına görə, məqalədə nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması, o cümlədən 1999-2016-cı illər ərzində ermənilərin iştirakı ilə pisniyyətli məqsədlərlə yüksək miqdarda nüvə və radioaktiv materialların satışı faktlarının aşkar olunması məsələləri əksini tapıb. Bu kimi halların bəşəriyyət üçün yüksək təhlükə yaratması barədə məlumatlar ətraflı şəkildə gürcü ictimaiyyətinin diqqətinə çatdırılıb.

1news.az

Paylaş:
545

Son xəbərlər

Bütün xəbərlər