Azərbaycan Prezident Administrasiyası Vyana görüşü ilə bağlı bəzi məqamları açıqlayıb – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezident Administrasiyası Vyana görüşü ilə bağlı bəzi məqamları açıqlayıb – VİDEO

09:35 - 18 / 05 / 2016
Azərbaycan Prezident Administrasiyası Vyana görüşü ilə bağlı bəzi məqamları açıqlayıb – VİDEO

"Biz Vyana görüşündə gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq vermişik".

1news.az-ın ANS telekanalına istinadla verdiyi xəbərə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Xarici əlaqələr şöbəsinin müdiri söylədi ki, əsas odur ki, bundan sonra atəşkəsə riayət olunsun, təxribat hərəkətləri olmasın və biz iyun ayında danışıqlar prosesinə başlayaq. PA rəsmisinin həmsədrlərin yaydığı bəyanatda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirməsi ilə bağlı fikrə münasibəti belə oldu:

"Anjey Kasperşikin səlahiyyətində çox böyük dəyişiklik ola bilməz. Orada yazılanlar Minsk qrupunun mövqeyidir, biz bununla bağlı öhdəlik götürməmişik".

Ermənistan prezidentinin müsahibəsində dediklərinə gəlincə, Novruz Məmmədov dedi ki, Ermənistan tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını BMT TŞ-nın qəbul etdiyi qətnamələrə uyğun olaraq azad etməlidir. Bunu nə qədər tez etsə, onlar üçün də yaxşı olacaq.

Xatırladaq ki, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycanın 20% ərazisi erməni silahlı qüvvələrinin işğalı altındadır.

ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əsas danışıqlar platformasıdır. Lakin həmsədrlərin bütün səylərinə bamayaraq münaqişə 20 ildən artıqdır ki, həll olunmayaraq qalır.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşü başa çatıb -YENİLƏNİB

Rusiya, ABŞ və Fransanın XİN rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair bəyanat yayıblar

Elmar Məmmədyarov: “Vyana görüşü münaqişənin həllinə dair substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır”

Serj Sarkisyan ilk dəfə olaraq aprelin əvvəlində hərbi əməliyyatlar zamanı Ermənistanın uğursuzluqlarını etiraf edib

1news.az

Paylaş:
695

Son xəbərlər

Bütün xəbərlər