Elçin Quliyev Şəmkirdə 5 rayonun sakinlərini qəbul edib
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev may ayının 19-da Şəmkir Sərhəd Dəstəsində Ağstafa, Qazax, Samux, Tovuz və Şəmkir rayonlarının sakinlərini qəbul edib.
1news.az-ın məlumatına görə, qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Müraciətlərin əksər hissəsi araşdırılaraq yerindəcə həll olunub. Digər müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.
Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülüb.
1news.az