Asim Mollazadə: “ATƏT-in Minsk qrupu münaqişələri donduran soyuducunu xatırladır” – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Asim Mollazadə: “ATƏT-in Minsk qrupu münaqişələri donduran soyuducunu xatırladır” – VİDEO

09:32 - 20 / 05 / 2016
Asim Mollazadə: “ATƏT-in Minsk qrupu münaqişələri donduran soyuducunu xatırladır” – VİDEO

Mayın 16-da Avstriyada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü oldu. 

1news.az Milli Məclisin deputatı, politoloq Asim Mollazadəyə vəziyyətlə bağlı bir sıra sualları cavablandırmaq üçün müraciət edib:

- Məlum olduğu kimi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu ki, burada bir sıra razılaşmalar, həmçinin insidentlərin araşdırılması ilə bağlı hazırlıq mexanizmləri əldə edildi. Bu barədə Ermənistan fəal olaraq çıxış etdi. Necə düşünürsünüz, bu təşəbbüs ermənilərə zərbə endirə bilərmi? Belə ki, məhz onlar Azərbaycanın işğal olunmuş ərazilərində təxribatlar törədirlər.

- Ermənilər tərəfindən atəşkəs rejiminin pozulmasının danışıqlar prosesinə təsir etməsilə bağlı ciddi şübhələrim var. Ermənistan qonşu dövlətin ərazisini işğal etməkdə davam edir. Bundan əlavə, onun qoşunları tərəfindn həmun ərazilərdə etnik təmizləmə, iri həcmdə hərbi cinayətlər törədilib. Və dünya ictimaiyyəti bununla əlaqədar nə edir? O 20 ildir ki, “danışıqlar” oyununu oynayır ki, bunun da heç bir nəticəsi yoxdur. Bu illər ərzində Ermənistana qarşı heç bir ciddi tədbir irəli sürülməyib.

Düşünürəm ki, ermənilər prosesi konservativləşdirməkdə davam etdirməyə çalışır. Və cəbhədə kamera quraşdırmaq və ya monitorinq keçirmələrinə baxmayaraq bu, prosesə kömk etməyəcək. Bilirsiniz, ATƏT-in Minsk qrupunun peykdən izləmək imkanı var və onlar çox işğal olunmuş ərazilərdə baş verənləri gözəl bilirlər. Görürsünüz ki, bu gün Ermənistam Azərbaycanı nüvə bombası ilə hədələyir. Və bu hədəyə heç bir reaksiya yoxdur.

Beynəlxalq təşkilatar sənədlərində göstərilən tələblərə əməl etmədikcə mən danışıqlar prosesində ciddi dəyişiklikləri gözləmirəm.

- Aprelin əvvəlində Azərbaycan faktiki olaraq uzun illər mövcud olan status-kvonu dəyişdi. Ermənistan təxribatlarına layiqli cavab aldı. Və dərhal danışıqlar masasına əyləşməyə çağırışlar etdi. Görüşlər keçirildi. Necə düşünürsünüz, hadisələr necə inkişaf edəcək?

- Bilirsiniz, mən münaqişənin hərbi yolla həllinin əleyhinəyəm. Azərbaycan 20 ildən artıqdır ki, problemin sülh yolu ilə həllini gözləyir. Cavanları itirmək hər zaman ağrıdıcıdır, çünki onları bir daha geri qaytarmaq olmur. Biz yenidən dağıdılmış şəhərləri bərpa edə bilərik, lakin insan həyatını qaytarmaq olmur. 

Buna görə də Azərbaycan təmkinli olaraq beynəlxalq ictimaiyyətdən münaqişənin sülh yolu ilə həllini gözləyir. Aprel hadisələrinə gəlincə, bu, ermənilərin təxribatına, dinc əhalinin güllə-baran edilməsinə qarşı atılmış addımdır. Biz bununla əlaqədar dünya ictimaiyyətini məlumatlandırmağa çalışırıq.

Mən əvvəlki kimi ümid edirəm ki, dünyada güc deyil, qanunun aliliyi prinsi hökm sürür. Çünki ermənilərin arxasında dayananlar münaqişənin dondurulmasına çalışırlar. ATƏT-in Minsk qrupu soyuducunu xatırladır ki, burada əsas funksiya münaqişələrin dondurulmasıdır. Status-kvo dəyişməlidir, ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalıdır və Ermənistana qarşı BMT və ATƏT-in Minsk qrupunun müvafiq sanksiyaları tətbiq olunmalıdır. 

Münasib sual meydana çıxır, nə üçün Rusiyaya Ukrayna ərazisini işğal etdiyi üçün sanksiyalar tətbiq edildi, 20 ildən artıq Azərbaycan topraqlarını işğal edən Ermənistana qarşı heç bir təzyiq göstərilmədi? Təkrar edirəm, beynəlxalq hüquq normaları dəyişilməyənə qədər mən, danışıqlar prosesindən heç bir nəticə gözləmirəm.

- Belə çıxır ki, hazırda Ermənistandan hər hansı bir güzəşt gözləmək lazım deyil? Axı kompromislərə hazırlıqla bağlı Lavrov bəyan etmişdi...

- Ermənistana qarşı lazımi qərar və təzyiq tətbiq edilməyənə qədər o öz oyununu oynayacaq.

- Bu istiqamətdə yeni sual yaranır. Bildiyiniz kimi, lap başdan Azərbaycanın dəqiq və aydın mövqeyi var – ölkənin ərazi bütövlüyü toxunulmazdır, sarsılmazdır və bu, heç bir güzəşt və danışıqların mövzusu ola bilməz. Belə olan halda Azərbaycan tərəfi ilə komrpomis nəyi təşkil edəcək?

- Azərbaycanla kompomis erməni tərəfinin ölkəmizdə təhlükəsiz yaşamasından ibarət olacaq. Dağlıq Qarabağ sözsüz olaraq Azərbaycanın ərazisidir. Və heç vaxt  ölkəmizin ərazi bütövlüyü və suverenliyi danışıqlar mövzusu ola bilməz.

- İki ölkə prezidentlərinin görüşünü əks etdirən videoya nəzər yetirdikdə Serj Sarkisyanın rusiyalı nazir Lavrovla fəal danışıqlar zamanı yüksək emosionallığı və təbəssümlərə qərq olmasına diqqət etməmək olmur. Onun əhval-ruhiyyəsi nə ilə əlaqədardır?

- Düşünürəm ki, Sarkisyanın sevinci növbəti dəfə aqressora qarşı sanksiyaların tətbiq edilməməsi irəli gəlir.

- Yeri gəlmişkən ABŞ-ın təşəbbüsü ilə Vyanada təşkil olunan son görüşə qədər elə fikirlər yaranırdı ki, Rusiya münaqişənin nizamlanmasını öz əlinə keçirmək istəyir. Bu haqda nə düşünürsünüz?

- Bilirsiniz, Rusiya kifayət qədər Ermənistana təsir etmək gücünə malikdir və onu sülhə məcbur edə bilər. Lakin təəssüflər olsun ki, bu, baş vermir.

- Bəs ABŞ haqda nə deyə bilərsiniz? Onlar təşəbbüsü öz əllərində saxlamağa və danışıqlar prosesində fəal iştirak etməyə çalışırlarmı?

- Minsk qrupu formatı mövcuddur və burada həmsədr ölkələrin məsuliyyəti var. Bu gün baş verənlər həmsədr ölkələrin təşəbbüs göstərməməsinin və sülhə nail olmaq istiqamətində ciddi çalışmamağın nəticəsidir. Həm ABŞ, həm Fransa, həm də Rusiya Ermənsitana sülhə nail olmaq üçün kifayət qədər təsir etmək gücünə malikdirlər. Və hesab edirəm ki, Vyanadakı görüş danışıqlar prosesini donduran və status-kvonun dəyişməz olaraq qalması üçün növbəti cəhddir.

- Sonuncu, lakin vacib sual. Ermənistanla münasibətlərin lazımi normalara, onlar tərəfindən torpaqların işğaldan azad edilməsi istiqamətində Azərbaycan nə etməlidir? Hansı istiqamətdə çalışmalıyıq?

- Azərbaycan dünya ictimaiyyətini Ermənistan tərəfindən ərazilərini işğal olunması ilə bağlı, həmçinin beynəlxalq təşkilatları, ilk növbədə isə ermənilərin kobud şəkildə beynəlxalq qanunvericikləri pozmasında məsuliyyətli olan ATƏT-in Minsk qrupunu məlumatlandırmaqda davam etməlidir. Bununla yanaşı Azərbaycan ölkəmizə qarşı irəli sürülən informasiya müharibəsi ilə də fəal mübarizə aparmalıdır.

Eyni zamanda Azərbaycan iqtisadi və hərbi baxımdan kifayət qədər güclü olmalıdır ki, ermənilərin istənilən təxribatına lazımi cavab verə bilsin. 

1news.az

Paylaş:
1086

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər