Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

11:03 - 23 / 05 / 2016
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Silahlı Qüvvələrimizin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edirlər.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumata görə, mayın 23-dən 26-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) hərbi feldşerlik üzrə mübadilə proqramı, mayın 23-dən 27-dək Ankara şəhərində (Türkiyə Respublikası) strateji kommunikasiya kursu, Riqa şəhərində (Latviya Respublikası) “Hədəflərdən nəticələrə” mövzusunda konfrans, Sarayevo şəhərində (Bosniya və Herseqovina) “REGEX-16” kollektiv regional təliminin 5-ci planlaşdırma görüşü, mayın 23-dən 28-dək Norkfolk şəhərində (ABŞ) NATO Müttəfiq Transformasiya Komandanlığında tərəfdaş ölkələrin hərbi nümayəndələri ilə transformasiya seminarı, mayın 25-dən 26-dək Neapol şəhərində (İtaliya Respublikası) birgə fəaliyyət strategiyası forumu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

1news.az

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər