Metronun bir neçə stansiyasında vətənpərvərliyi əks etdirən afişalar quraşdırılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Metronun bir neçə stansiyasında vətənpərvərliyi əks etdirən afişalar quraşdırılıb - FOTO

11:07 - 23 / 05 / 2016
Metronun bir neçə stansiyasında vətənpərvərliyi əks etdirən afişalar quraşdırılıb - FOTO

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında vətənpərvərliyin təbliğinə başlayıb.

Bu barədə 1news.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayev bildirib ki, bununla bağlı metro stansiyalarında vətənpərvərlik afişaları vurulub:

“Artıq 6 stansiyada afişalar quraşdırılıb. Metronun “Koroğlu”  stansiyasında vətənpərvərlik afişaları proyektorlarla yayımlanır, digər stansiyalarda isə afişa-banerlər yerləşdirilib. Banerlərdə işğal olunmuş Azərbaycan ərazilərinin adları və işğal tarixləri, “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” şüarları qeyd edilib. Hələlik təbliğat banerləri metronun “Həzi Aslanov”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Koroğlu”, “28 may” və “Sahil” stansiyalarında quraşdırılıb. Yaxın vaxtlarda digər stansiyalarda da bu afişaların yerləşdiriləcək”.

1news.az

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər