XİN Araz Əzimovun İsrailə və Fələstinə səfəri ilə bağlı bəzi məlumatlara aydınlıq gətirib | 1news.az | Xəbərlər
Siyasət

XİN Araz Əzimovun İsrailə və Fələstinə səfəri ilə bağlı bəzi məlumatlara aydınlıq gətirib

23:15 - 23 / 05 / 2016
XİN Araz Əzimovun İsrailə və Fələstinə səfəri ilə bağlı bəzi məlumatlara aydınlıq gətirib

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Araz Əzimovun İsrailə və Fələstin Dövlətinə səfəri ilə bağlı yayılan bəzi məlumatlara aydınlıq gətirib.

1news.az-ın verdiyi xəbərə görə, Hikmət Hacıyev bildirib ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun İsrailə və Fələstin Dövlətinə səfəri, keçirdiyi görüşləri və apardığı danışıqları barədə XİN-nin mətbuat xidmətinin açıqlamasında məlumat verilib.  

Onun sözlərinə görə, mətbuat açıqlaması müvafiq olaraq XİN-nin rəsmi internet saytı və sosial şəbəkə profillərindən əldə edilə bilər:

“Bundan kənar hər hansı şərhlər və ya iddia edilən iqtibaslar yalnız bəzi KİV-in təhrifləridir”.

Qeyd edək ki, bəzi KİV-də Araz Əzimovun guya İsrail parlamentində keçirilən görüşdə İranın nüvə ambisiyasından imtina etmədiyini deyib.

1news.az

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər