Novruz Məmmədov: “Vyandakı görüş zamanı Sarkisyan ciddi olaraq qarışıqlıqda idi” – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: “Vyandakı görüş zamanı Sarkisyan ciddi olaraq qarışıqlıqda idi” – VİDEO

11:38 - 23 / 05 / 2016
Novruz Məmmədov: “Vyandakı görüş zamanı Sarkisyan ciddi olaraq qarışıqlıqda idi” – VİDEO

Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada ABŞ, Fransa və Rusiya XİN rəhbərlərinin iştirakı ilə keçirilən görüşünün növbəti təfərrüatları müyyən olub.

“Sarkisyan ciddi qarışıqlıqda idi, o, konkret olaraq yaranmış vəziyyətlə bağlı nə edəcəyəni bilmirdi” - 1news.az-ın verdiyi məlumata görə, bunu ANS-ə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov deyib ki, aprel ayının əvvəlində baş verən hadisələr Ermənistan tərəfinin düşünülmüş və ya düşünülməmiş addımı olsa da, dünya içtimayətinin, həmsədr dövlətlərinin, müxtəlif beynəlxalq və regional təşkilatların diqqətini bir daha bu münaqişəyə cəlb etdi və nünümayiş etdirdi ki, bu münaqişə dondurulmuş münaqişə deyil:

“Eyni zamanda Avropada, Amerika Birləşmiş Ştatlarında, eləcə də Rusiyanın özündə də belə bir fikir formalaşdı ki, bu münaqişəyə daha diqqətli olmaq lazımdır, bunun həllini ortaya qoymaq üçün artıq vaxt gəlib çatıb”.

Aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunların təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 ilin ən irimiqyaslı döyüşləri baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı qüvvələrinin ilk müdafiə xətti aşıldı və bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçdi.

Vyanada mayın 16-da keçirilən görüşə fikir bildirərkən, Novruz Məmmədov deyib ki, Azərbaycanın istədiyi yalnız münaqişənin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasıdır:

“Bunun üçün də, biz doğrudan da danışıqlara və sülh yolluna üstünlük veririk”.

N.Məmmədov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Vyana görüşündən sonra səlahiyyətlərinin artırılmasını şərh edərkən həmçinin qeyd edib ki, Azərbaycan bununla bağlı rəsmi mövqe bildirib:

“Burada əsas ideya atəşkəs rejiminin mövkəmləndirilməsi idi. Yəni aprelin əvvələrindəki kimi və ondan sonra da Ermənistan tərəfi daim təxribatlar ilə məşğuldur. Bunların olmaması üçün bir neçə təklif irəli sürüldü, onlardan biri də ATƏT-in nümayəndəsinin monitorinq aparması üçün mandatının genişlənməsi idi. Prinsip etibarı ilə biz dedik ki, bu təklifləri həmsədr ölkələrinin təklifləri kimi qəbul edirik, yəni buna etiraz etmirik”.

N.Məmmədov əlavə edib ki, ATƏT-in nümayəndəsinin monitorinq imkanları bu vaxta qədər də olub:

“Bizim istədiyimiz burda yalnız budur ki, monitorinq olursa olsun, etiraz etmirik, müəyyən mənada genişləndirmə imkanları varsa da, genişləndirilsin. Amma bu ədalətli olsun, bununla bağlı, baş verən hadisələrlə bağlı nümayəndə heyəti düzgün fikir bildirsin, bəyanat versin, açıq-aydın desin”.

N.Məmmədov deyib ki, baş verən hadisələrlə bağlı dəqiq, qərəzsiz, reallığı əks etdirən mövqenin ortaya qoyulması böyük bir problemdir:

Ermənistan tərəfi fosforlu bomba işlədir, bununla bağlı nə həmsədrlər, nə ATƏT-in nümayəndəliyi bir mövqe bildirmir, məgər bu normal haldır?”

Prezident Administrasiyası rəhbərinin müavini həmçinin Ermənistanın sabiq baş naziri, ölkə parlamentinin deputatı Qrant Baqratyanın mətbuat konfransında Ermənistanın atom silahının olması barədə bəyanatına belə fikir bildirib:

“Buna bir mövqe bildirmək lazımdır axı. Əgər bu varsa, bu tək Azərbaycan üçün yox, region üçün geniş bir təhlükədir. Buna görə də, bizim istəyimiz budur ki, orda olan missiya ədalətli mövqe tutsun, real proseslərə qiymət versin”.

Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycanın 20% ərazisi erməni silahlı qüvvələrinin işğalı altındadır.

ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əsas danışıqlar platformasıdır. Lakin həmsədrlərin bütün səylərinə bamayaraq münaqişə 20 ildən artıqdır ki, həll olunmayaraq qalır.

Xatırladaq ki, mayın 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşü başa çatıb -YENİLƏNİB

Rusiya, ABŞ və Fransanın XİN rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunlarına dair bəyanat yayıblar

Elmar Məmmədyarov: “Vyana görüşü münaqişənin həllinə dair substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır”

Serj Sarkisyan ilk dəfə olaraq aprelin əvvəlində hərbi əməliyyatlar zamanı Ermənistanın uğursuzluqlarını etiraf edib

1news.az

Paylaş:
790

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər