Meksikanın Azərbaycandakı səfiri Qəbələyə səfər edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Meksikanın Azərbaycandakı səfiri Qəbələyə səfər edib - FOTO

12:31 - 23 / 05 / 2016
Meksikanın Azərbaycandakı səfiri Qəbələyə səfər edib - FOTO

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores tanışlıq məqsədilə Qəbələ rayonuna səfər edib.

1news.az-ın verdiyi xəbərə görə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev səfirə rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, füsunkar təbiət qoynunda yerləşən bu gözəl məkan beynəlxalq və irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Müntəzəm olaraq Qəbələdə keçirilən mühüm əhəmiyyətli tədbirlər burada sürətli inkişafa zəmin yaradır. Bildirilib ki, rayonda mövcud olan istehsal müəssisələrinin fəaliyyəti bölgənin inkişaf dinamikasının tərkib hissəsidir. Diqqətə çatdırılıb ki, bu gün Qəbələ rayonunda turizm infrastrukturunun inkişafı başlıca və mühüm sahələrdən biri hesab olunur. Qəbələdə yaradılan əlverişli şəraitin nəticəsidir ki, buraya dincəlmək üçün səfər edən turistlərin sayı ildən-ilə xeyli artır.

Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanların mövcud olduğunu qeyd edən səfir Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını və bu inkişaf mərhələsinin Qəbələ rayonuna da təsirsiz ötüşmədiyini vurğulayıb. Qonaq turizm sahəsindəki əməkdaşlıq haqqında fikirlərini bölüşərkən ölkəmizin qonaqpərvərliyi ilə dünyada tanındığını bildirib.

Görüşdə bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra səfir Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi, Qəbələ konserv zavodu, eləcə də rayonun digər tarixi mədəni məkanları, sənaye müəssisələri və turizm sektoru ilə yaxından tanış olub.

1news.az

Paylaş:
362

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər