Çin baş nazirinin müavini Azərbaycana səfər edəcək
Çin Xalq Respublikası Dövlət Şurası sədrinin (baş nazirin) müavini, Çin Kommunist Partiyası Siyasi Bürosu Daimi Komitəsinin üzvü Can Qaoli Azərbaycana səfər edəcək.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü xanım Xua Çunin mayın 23-də ənənəvi mətbuat konfransında məlumat verib.
O bildirib ki, Can Qaoli Azərbaycan hökumətinin dəvəti əsasında iyunun ilk günlərində Bakıda olacaq.
1news.az
475