Respublika Günü İndoneziyada qeyd olunub | 1news.az | Xəbərlər
Siyasət

Respublika Günü İndoneziyada qeyd olunub

15:40 - 24 / 05 / 2016
Respublika Günü İndoneziyada qeyd olunub

Azərbaycanın İndoneziyadakı səfirliyi ölkəmizin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

1news.az-a səfirlikdən verilən xəbərə görə, tədbirdə İndoneziyanın hökumət və parlament üzvləri, dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun rəhbərləri, bir sıra QHT-lərin, kütləvi informasiya vasitələrinin təmsilçiləri, iş adamları və digər qonaqlar iştirak ediblər.

Səfir Tamerlan Qarayev tədbirdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə məlumat verib. Bildirib ki, bu il xalqımız 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın yaranmasının 98-ci ildönümünü qeyd edir. Azərbaycanın müstəqilliyin bərpasının ilk dövrlərində Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını qeyd edən səfir bunun nəticəsində bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini və erməni təcavüzünün hələ də davam etdiyini bildirib.

Ermənistan silahlı qüvvələrinin aprel təxribatlarına toxunan diplomat qeyd edib ki, Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə qarşı yönəldilmiş məqsədyönlü təxribatlar nəticəsində ermənilər tərəfindən uşaqlar da daxil olmaqla, azərbaycanlı mülki şəxslər öldürülüb, yüzlərlə ev, məktəb, məscid, mülki infrastruktur obyektləri dağıdılıb, böyük maddi ziyan vurulub. Ermənistan artilleriyası fosfor tərkibli kimyəvi sursatlardan istifadə edib. Bütün bunlar Ermənistanın beynəlxalq humanitar, insan hüquqları üzrə qanun, norma və prinsipləri kobudcasına pozmasıdır və hərbi cinayətdir.

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüququ nümayişkaranə şəkildə pozduğuna görə pisləməyə çağırır. Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsini tələb edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində, ərazi bütövlüyü və suverenliyi əsasında sülh yolu ilə həll oluna bilər.

Səfir vurğulayıb ki, hazırda bütün göstəricilərə görə regionda lider dövlətə çevrilən Azərbaycan öz sürətli inkişafı, qlobal inteqrasiyası, multikulturalizmi, tolerantlıq və müxtəlifliyi ilə dünyanın diqqətini cəlb edir. Bu istiqamətdə Azərbaycanın qazandığı uğurlardan danışan diplomat bir neçə gündən sonra paytaxt Bakıda Formula 1 yarışlarının başlayacağını, ötən il ölkəmizin birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdiyini, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçiriləcəyini bildirib, qonaqları bu möhtəşəm tədbirlərə qatılmağa dəvət edib.

Azərbaycan-İndoneziya əlaqələrindən bəhs edən diplomat ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Eyni zamanda, digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən İndoneziyanın sənaye naziri Saleh Husin Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib. İkitərəfli əlaqələrin inkişafı ilə bağlı gələcək plan və layihələrdən danışan nazir qeyd edib ki, Azərbaycan İndoneziya üçün Avropaya tranzit yolu ola bilər.

İştirakçılara Azərbaycan haqqında müxtəlif nəşrlər, həmçinin “İRS” jurnalının ingilis və İndoneziya dillərinə tərcümə olunmuş versiyaları paylanılıb.

1news.az

Paylaş:
747

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər