Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 18 dəfə pozulub | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 18 dəfə pozulub

09:24 - 24 / 05 / 2016
Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 18 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikası Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1news.az

Paylaş:
572

Son xəbərlər

Bütün xəbərlər