Yusif Babanlı: “Ermənistandan qaçaqmalçılıqla çıxarılan radioaktiv maddələr İŞİD-in əlinə keçə bilər” | 1news.az | Xəbərlər
Müsahibə

Yusif Babanlı: “Ermənistandan qaçaqmalçılıqla çıxarılan radioaktiv maddələr İŞİD-in əlinə keçə bilər”

14:08 - 27 / 05 / 2016
Yusif Babanlı: “Ermənistandan qaçaqmalçılıqla çıxarılan radioaktiv maddələr İŞİD-in əlinə keçə bilər”

Son günlər dünya KİV-ində ermənilərin qara bazarda radioaktiv maddələr satması ilə bağlı fikirlər aktiv olaraq səslənir.

Bu məsələ yalnız region ölkələrinin deyil, həm də bütövlükdə beynəlxalq ictimaiyyətə təsir edən məsələdir. Nəzərə almalıyıq ki, onlar terrorçuların əlinə keçərsə, nüvə silahının “ucuz” analoqu olan “çirkli silahın” hazırlanmasında istifadə oluna bilər.

Bundan əlavə, həmin silahdan Azərbaycana qarşı istifadə olunması ehtimalından bəzi erməni siyasətçiləri də danışıb.

ABŞ azərbaycanlıları şəbəkəsinin (USAN)  həmtəsisçisi, bu təşkilatın direktorlar şurasının üzvü Yusif Babbanlı ilə müsahibəmiz də məhz bu istiqamətdə oldu. Ermənistandan “hərbi qaçaqmalçılıq” mövzusunu araşdıran Y.Babanlının daha əvvəl saytımızda yayımlanan məqaləsi də bu mövzuda idi.

- Gürcüstan Dövlət Təhlükəsizlik Şurasının məlumatına görə, Ermənistan vətəndaşları qara bazarda 200 milyon dollara U238- uran maddəsini satmağa cəhd göstərib. Necə düşünürsünüz bu kimin üçün nəzərdə tutulub? 

- Bu nüvə materiallarının kimin üçün nəzərdə tutulduğunu dəqiq söyləmək çətindir, çünki cinayətkarlar tutulduqdan sonra konkter məlumat verilmədi. Ola bilsin ki, gələcək təhqiqatlar nəticəsində həm nüvə məhsulunu almaq istəyən maliyyə mənbəyi, həm də onun son istifadəçiləri məlum olacaq.

Maraqlı olan məsələ başqadır. Belə ki, birincisi,  Ermənistan vətəndaşları nüvə materiallarının qanunsuz satışında  dəfələrlərlə iştirak edib, indi də iştirak edir. Yəni növbəti erməninin radioaktiv maddə satarkən tutulması xəbəri artıq heç kimi təəccübləndirmir.

İkincisi,  əksər hallarda bu maddələrin mənbəyi məhz Ermənistandır ( ehtimal ki, Metsomor Atom Elektrik Stansiyasında işləyən şəxslər). Belə bir sual yaranır əgər Ermənistan hökumətinin bu məsələdə iştrirak etmirsə, nə üçün AES-in müvafiq səviyyədə qorunması üçün vəsait ayırmır və radioaktiv maddələrin çıxarılmasına nəzarət etmir.

- Necə hesab edirsiniz, Ermənistanın rəsmi hökumətinin bu işlə əlaqəsi varmı? Əgər elədirsə belədirsə hansı faktlar buna işarə edir?

-Rəsmi səviyyədə Ermənistan hökumətindən heç kim bu işdə günahkar olduğunu etiraf etməz. Lakin faktlar bunun tam əksini deyir. Məsələn ən səs-küylü həbs Qarabağ müharibəsi zamanından tanınan cəllad Qarik Dadayanın tutulması idi. O, Ermənistan- Gürcüstan sərhəddində 170 qr zənginləşdirilmiş uran (U-235, 90%) keçirmək istərkən tutulub və erməni tərəfinə verilərək 2.5 il müddətinə həbs olunub. 2010-cu ildə növbəti dəfə Ermənistandan yüksək zənginləşdirilmiş 120 qr uran paketinin gətirilməsində iştirak edib.

2914-cü ilin avqustu və 2016-cı ilin yanvar ayında ermənistan vətəndaşları nüvə silahının hazırlanması üçün nəzərdə tutulan sezium-137-nin qaçaqmalıçılqla sərhəddən keçirilməsinə görə saxlanılıb.   KİV-in məlumatına görə, Metsomor AES-də işləyən 3 nəfər ermənistan vətəndaşı uran U238-lə aprel ayında tutulub. Təbii ki, bu faktları ayrılıqda nəzərdən keçirsək, Ermənistanın məsələyə aidiyyatını təsbit etmək olmur.

Lakın keçmiş baş nazir hazırda parlamentin deputatı olan Qrant Baqratyanın bəyanatından ölkədə nüvə silahının olduğunu və Ermənistan höklumətinin - əsasən indiki prezident Serj Sarkisyanın 2000-ci ildəki qanunsuz silah alverindəki iştirakını görmək olar. Buradan belə nəticəyə gəlmək olar ki, Ermənistan nüvə silahını özü hazıelaya bilməsə də, nevə materiallarının qanunsuz dövriyyəsində iştirak edir və nüvə materiallarının qaçaqmalçılığı üçün şərait yaradır.

- Uran İŞİD üzvlərinin yaxud, digər terror təşkilatının əlinə keçə bilərmi?

- Asanlıqla. Nəzərə alsaq ki, erməni rəhbərliyi nevə maddələrinin qanunsuz alqı-satqısı ilə məşğul olan insanları saxlamağa o qədər də maraqlı deyil. Onlar yalnəz Gürcüstan xüsusi xidmət orqanları tərəfindən saxlanılır. Belə maddələrin sərhəddən keçirilməsi nəzarətsiz qalsa onlar asanlıqla İŞİD üzvlərinin alinə keçərək ən uyğun zamanda tətbiq olunacaq.

- Ermənilərin satdığı radioaktiv maddələrdən hazırlanan silahla Avropada yaxud başqa bir yerdə terror aktı həyata keçirilərsə buna görə kim məsuliyyət daşıyacaq? 

- Demək çətindir.Terrorçular bir neçə maddədən bomba hazırlayır. Onlar  çox güman ki, müxtəlif mənbələrdən alınıb və adətən “məhsulun üzərində” seriya nömrəsi olmur. əgər materialların haradan əldə olunduğu müəyyən edilməsə məsələn 2003-cü ildə sarkisyan nazirliyi silahın qanunsuz alqı satqısı nəticəsində erməni seriya nömrəsi olan silah və mərmi ilə amerika əsgəri vurulmuşdu. Əks halda Ermənistanı ittiham etmək mümkün olmayacaq.

Ona görə də Ermənistan vətəndaşları tərəfindən nüvə materiallarının alqı-satqısı haqda xəbər yayıldıqda və erməni hakimiyyətinin buna qarşı heç bir tədbir görmədiyi göründüyü zaman Ermənistan hökumətinə təzyiq məhz indi göstərilməlidir. Nə qədər ki, terror aktları həyata keçirilməyib be təzyiq olmalır, yoxsa sonra gec olacaq.

- Beynəlxalq ictimaiyyət ermənilərin bu qanunsuz fəaliyyətinə necə nəzarət edə bilər?

- Birincisi, burada ABŞ aktiv rol oynamalıdır, Belə ki, Ermənistan ondan hər il maddi yardım alır. Burada təkcə region ölkələrinin deyil, həm də ABŞ-ın maraqları pozulur. Belə ki, İŞİD-çilərin bu materiallardan hazırladığı istənilən silahın ilk yönəldiyi nişangah ABŞ-ın yaxın Şərqdə və Avropadakı hərbi obtektləri olacaq.  Ermənistanın qanunsuz olaraq silahı İrana göndərməsi nəticəsində həmin silah daha sonra İraqda amerika ordusuna qarşı vuruşan əsgərlərə çatdırırldı, Vaşinqton 2009-cu ildə buna görə Sarqsyana təzyiq etdi. Belə bir təzyiq indi də olmalıdır.

İkincisi, Ermənistanda MAQATE  və “Nüvə Təhlükəsinin qarşısının alınmasına dair Təşəbbüslər” (National Threat Initiative) araşdırmacıları tərəfindən ciddi yoxlama aparılmalıdır.

Metsomor AES ilə bağlı olan dövlət strukturları və onunla  bir zaman çalışan insanlar mütəmadi olaraq yoxlamadan keçməlidir. Ermənistan tərəfinin istənilən halda əməkdaşlıqdan imtinası və uyğunsuzluqları sanksiyalarla cəzalandırılmalıdır.

- Öz məqalənizdə qeyd etmisiniz ki, 2003-cü ildə 1000 ədəd RPQ-22 qumbaraatan və 260 bolqar istehsalı olan irirkalibrli ppulemyot alınıb və onlar İrandan keçərək yenə də üsyançıların əlinə keçib. Bu işdə həm də Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan iştirak edib. Sizcə Ermənistan o zaman niyə cəzalandırılmadı?   

- Ermənistanın belə özbaşınalığının və qanunları pozmasının ilk səbəbi İrəvanın rəsmi olaraq cəzasız qalmasıdır. Əgər ABŞ Ermənistana illik maliyyə yardımını dayandırsa, sarqsyan administrasiyası qanun pozuntusu və nüvə maddələrinin yayılmasının qarşısını alardı.

Ermənistana bu günə qədər beynəlxalq hüququ pozur və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884-cü  maddələrini pozur.

Buna görə də rəsmi Ermənistan düşünür ki o, istədiyi kimi hərəkət edə bilər. Qeyd etməliyik ki, bu qətmalərə əməl etməməklə Ermənistan həm də Azərbaycana məxsusu əraziləri işğal altında saxlayır. Bununla da o, nüvə materiallarının qaçaqmalçılığı üçün münbit şərait yaradır.

Bu məsələni Vaşinqtondakı konfrans zamanı qaldırmışdım. “2014-cü il üzrə nüvə materiallarının təhlükəsizliyi haqqında Kataloqa” nəşrinə nəsr olunan konfransda qeyd etdim ki, “Nüvə Təhlükəsinin qarşısının alınmasına dair Təşəbbüslər” ( NTQAT) təşkilatı BMT üzvü olan 176 ölkənin fəaliyyəti ilə bağlı araşdırma aparır. Lakin bu aradırmalar istisna etmir ki, Ermənistan kimyəvi silah gizlətmir və onu Azərbaycana qarşı işğal olunmuş Dağlıq Qarabağda tətbiq etməyəcək.

Mənim sualıma cavab verən qlobal proqnozlar şöbəsinin direktoru (Economist Intelligence Unit) Lao Abruzzese deyib ki, nəzarət olunmayan ərazilərlə bağlı məsələdə informasiya almaq mümkün deyil, cünki bu ərazilərdə müvafiq idarəetmə orqanları və beynəlxalq konvensiyalara uyğunluq yoxdur. Lakin idarə olunmayan ərazilərdə nüvə materialların yığılması ilə bağlı təhlükə olduğu üçün bvu məsələ aktual olaraq qalır.

Bu sübut edir ki, Ermənistan rahat şəkildə qanunsuz materialları nəql edir və onları işğal altındakı Azərbaycan ərazisində saxlayır. Heç kim bu halda onun beynəlxalq razılaşmaları pozmasını aşkar edə bilmir.

Mən həmçinin, 2014-cü ilin iyun ayında Vaşinqtonun Simpson Mərkəzində “ Qanunsuz silah  göndərilməsinin yaratdığı risklərin aradan qaldırırlması ” 2003-cü ildə Ermənistanın qanunsuz silah alqı-satqısı ilə məşğul olaraq onu terrorculara çatdırması haqqında məsələ qaldırmışam.  

Öz şərhi zamanı Koventri Universitetinin “Güvən, Sülhün qorunması və sosial əlaqələr” mərkəzinin professoru Pol Holmot qeyd edib ki, Dünya porblemlərinin araşdırılması üzrə Stokholm Beynəlxalq İnstitutu hələ 2012-ci ildə ermənistanın silah əldə olunması haqqında qanunu pozduğunu aşkar edib. Belə ki, Ermənistanın Moldovadan aldığı silah 3-cü- müəyyən olunmayan tərəfə göndərilib.

Beləliklə, bu məsələlərlə məşğul olan dövlət orqanları və təşkilatlar Ermənistanən qanunsuz fəaliyyətindən xəbərdardır. Onlar Ermənistan hakimiyyətinə bununla bağlı təzyiqi artırmalıdırlar. Cünki bu dünya ictimaiyyətinin maraqlarını təmin edən məsələdir.

- ABŞ-ın İraqa daxil olmasının əsas səbəbi onlarda kütləvi qırğın silahının mövcudluğu ilə bağlı təhlükənin olmasıdır. Ermənistan rəsmiləri isə Azərbaycana qaqşı tətbiq edəcəkləri “çirkli bomba” haqqında bəyanat veriblər Nə üçün beynəlxalq ictimaiyyət və konkret olaraq ABŞ susur?

- ABŞ hər zaman Ermənistana tam təzyiqdən ehtiyat edib. Cünki o tədricək satellit dövlətə çevrilir və onun iqtisadiyyatı, siyasi kursu birbaşa olaraq Rusiyadan asılıdır. Həmçinin, Ermənistan prezidenti Sarqsyan da ötən ilin aprel qyında bildirib ki, Ermənistanın xarici siyasətini Moskva ilə koordinasiya edəcək. Buna görə də Vaşinqton çalışır ki, Ermənistanla ikitərəfli münasibətləri saxlasın. Baxmayaraq ki, bu ölkə ABŞ maraqları üçün strateji əhəmiyyət daşımır.   

ABŞ administrasiyası və qanunvericilik orqanlarına, həmçinin ABŞ KİV-nə  xəbərdarlıq edilməsinə gəlincə, ABŞ Azərbaycanlıları şəbəkəsi son illər ərzində Metsomor AES-in və Ermınistan tərəfindən səsləndirilən hərbi hədələrin təhlükə yaratdığı ilə bağlı bir sıra kampaniyalar keçirib.

Bu tədbirlərdən biri Nüvə Təhlükəsizliyi Sammitindən əvvəl keçirilib. ABŞ administrasiyasından Ermənistan prezidenti qarşısında məsələ qaldırılması iə bağlı idi. Demək olar ki, bu yaxınlarda biz amerikalı siyasətçiləri Ermənistandan qanunsuz daşınan nüvə silahı və Azərbaycana qarşı onların tətbiq olunması hədəsin ilə bağlı məlumatdırdıq.

Qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və onların təmsil etdiyi ölkələrin rəhbərliyi ermənistan və azərbaycan ordularının təmas xəttində manitorinq mexanizmlərinin tətbiq olunması haqda düşünmək əvəzinə, erməni höküməti və silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində həyata keçirdiyi qanunsuz silah tranzitini, erməni höküməti və silahlı qüvvələri və xüsusi xidmət orqanlarının fəaliyyətini manitorinqini aparmalıdır. Belə ki, onlar çox güman ki, nüvə materiallarının bir ölkədən digərinə ötürülməsinə imkan yaradır.

Ermənilər uğurlu şəkildə radioakriv maddələri uğurlu şəkildə başqa ölkələrə satsa və ya onu özləri tətbıq etsə, atəşkəs rejiminin manitorinqinin heç bir mənası olmayacaq.

Mövzu ilə əlaqədar oxuyun :

Ermənistan nüvə terroru ixracatçısı kimi

“Metsamor AES” – Qafqazın barıt çəlləyi – TƏHLİL

American Thinker: Ermənilər qara bazarda terrorçulara nüvə materialları satmağa çalışır

The Huffington Post: Ermənilər nüvə materiallarının qaçaqmalçılığı ilə hamıdan çox məşğul olur

1news.az

Paylaş:
4389

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər