Dövlət məktəbləri ilə bağlı stereotipi necə “qırmaq” olar, yaxud, şagirdlərə ruh yüksəkliyi necə aşılanır – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Dövlət məktəbləri ilə bağlı stereotipi necə “qırmaq” olar, yaxud, şagirdlərə ruh yüksəkliyi necə aşılanır – FOTO

09:42 - 27 / 05 / 2016
Dövlət məktəbləri ilə bağlı stereotipi necə “qırmaq” olar, yaxud, şagirdlərə ruh yüksəkliyi necə aşılanır – FOTO

1news.az informasiya agentliyi oxucularını Azərbaycanın orta məktəblərinin gündəmi ilə tanış etməyə davam edir.

Bu günlərdə biz 246 № -li liseydə gedərək, bu təhsil müəssisəsi və onun rəhbəri, gözəl xanım Almaz Bayramova ilə tanış olduq. Bu xanımın rəhbərlik etdiyi təhsil ocağına öz övladını etibat etmək hər valideynə xoş olar.

Təhsil səviyyəsinin məqsədyönlü yüksəldilməsi ilə yanaşı, həmsöhbətimiz həm də şağirdlərin şəxsiyyət kimi formalaşmasına xidmət edən çoxsaylı layihələr və maraqlı mədəni-səfərlər təşkil etməklə məktəbin gündəlik həyatına yeni nəfəs qatmağa çalışır.

Binanın özünə gəlincə, o, demək olar ki, şagirdlərin ikinci evinə çevrilib. Burada elə bir yaradıcı atmosfer hökm sürür ki, özünü inkişaf etdirmək istəyi sövqi-təbii olaraq yaranır.

Almaz xanım bizi liseylə tanış edərkən burada bir çox “rəngarəng” guşələrin şahidi olduq. Burada uşaqların əl işləri sərgilənir, müxtəlif ixtisaslarla bağlı maraqlı informasiyaların toplandığı divar qəzeti şagirdləri inkişafa sövq edir.

Məktəb direktoru bildirdi ki, o, ali təhsilin bakalavr  mərhələsini Türkiyədə, magistr pilləsini isə Bakıda ADPU-da  “Pedaqoqika nəzəriyyəsi və tarixi” ixtisası üzrə tamamlayıb. Nəsimi rayonu 5 saylı orta məktəbdə 18 il müddətində müəllim işləyib. Bu zaman ərzində o,“İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi,  iki “Metodik vəsait”in müəllifi olub, həmçinin bir neçə innovativ treninqdə iştirak edib.

“Direktor vəzifəsinə qəbul olduğunu KİV-dən oxudum və özümü bu sahədə sınamağa qərar verdim. Məndə uğurlu alındı- bütün mərhələləri keçdikdən sonra Qafqaz Universiteti və Təhsil nazirliyinin dəstəyilə gələcək direktorlar üçün təşkil olunan  kurslarda iştirak etdim. Daha sonra mən “Uğur” sertifikatına layiq görüldüm. 2014-cü ilin avqust ayında isə 246 saylı məktəbə direktor vəzifəsinə təyin olundum”,- deyə, Almaz xanım bildirdi.

O, etiraf edir ki, insanlara daha çox faydalı olmaq üçün tam olaraq özünü işə həsr edir. Əsas məqsədi isə məktəbin günün tələblərinə uyğun olması ilə yanaşı, həm də şagirdlərin burada daha yaxşı təhsil almasıdır. Buna görə də ilk olaraq kollektivin peşəkarlığının artırılması istiqamətində işlər aparılıb.

“Bizim müəllimlər adətən müxtəlif treninq, seminarlarda iştirak edir, öz həmkarları ilə təcrübə  mübadiləsi aparır, müxtəlif forum və konfranslarda iştirak edirlər. Təəssüf ki, belə irihəcmli işlərin həyata keçirildiyi halda bəzi müəllimlər inkişaf etmək, yeni tələblərə cavab vermək  istəmirdi. Onlar özlərini inkişaf etdirmək istəmədiklərinə görə könüllü şəkildə məktəbi tərk edirdilər”,- direktor söylədi.

Bununla yanaşı, Almaz Bayramova şagirdlərin dərsə davamiyyətinin qaydaya salınması işini tamamilə öz əlinə alaraq qarşıya qoyduğu məqsədə nail olub. Daha əvvəl dərs buraxan şagirdlər indi dərslərdə iştirak edir və otaqlarda tam sakitlik hökm sürür. Ən vacib cəhət isə odur ki, bu “məcburi” qaydada deyil, şagirdlərdə təhsil prosesinə maraq oyatmaqla mümkün olub.

“Təhsil asan proses deyil. Lakin o, ən yeni texnologiyalarla əlaqələndirildiyi zaman daha cəlbedici olur. Ona görə biz şagirdlərə elektron dərslikdən istifadəni öyrətdik. Dərs prosesində elektron lövhə, proektor və kompyüterlərdən istifadə yeni materialların yadda qalmasına daha çox imkan yaradır.

İbtidai siniflər üçün olan bina tam olaraq lazımlı texnika ilə təmin olunsa da, yuxarı sinif şagirdləri üçün bu hələ tam tətbiq olunmayıb. Bütün otaqlarda internet şəbəkəsi yaradılsa da, sürəti o qədər də ürəkaçan deyil. Biz ümid edirik ki, bu problemlər qısa zamanda öz həllini tapacaq və şagirdlərimiz təhsil prosesindən daha çox zövq alacaq.

Məktəbdə həmçinin çoxsaylı tədbirlər təşkil olunur ki, onların da əsas məqsədi şagirdlərə sevgi, dostluq, güvən, gələcəyə inam kimi həyati dəyərlərin aşılanmasıdır. Bu tədbirlərə hazırlıq pedaqoji kollektiv, şagirdlər  və onların valideynləri tərəfindən həyata keçirirlir. Həmin tədbirlər yetişməkdə olan gənc nəsildə əsaslı dəyərlər sisteminin formalaşmasına, onların mənəvi inkişafına təkan verir.

Ümumtəhsil proqramına daxil olan fənlərlə yanaşı, məktəbdə müxtəlif dərnəklər də fəaliyyət göstərir. Şagirdlər burada rəsmlə məşğul olur, xorda oxuyur və şahmat oynamağı öyrənirlər. Almaz xanımın sözlərinə görə məhz bu ciddi  intizam nəticəsində lisey dəfələrlə müxtəlif yarışların qalibi olub və şagirdlər müxtəlif diplom və sertifikatlara layiq görülüb.

Bizim daha çox diqqət etdiyimiz cəhətlərdən biri də yetişməkdə olan yeni nəsildə mütaliyəyə maraq, sevgi hissi oyatmaqdır. Məlumdur ki, hal-hazırda demək olar ki, bütün dünyada müasir gənclər, yeniyetmələr, uşaqlar  mütaliyəyə o qədər də maraqlı deyil. Ona görə də məktəbimizdə oxu dərnəyi yaradılıb.

Paralel siniflər arasında mütəmadi olaraq şagirlərin oxuduğu əsərlərin müzakirəsi keçirilir, həmçinin, “ən aktiv oxucu”, “ ən çox kitab oxuyan sinif” nominasiyaları üzrə müsabiqələr keçirilir. Uşaqlarda mütaliəyə daha çox maraq yaratmaq üçün şagirdləri həmin əsərlər əsasında hazırlanan teatr tamaşalarına aparırıq”, - deyə, Almaz Bayramova bildirib.

Məktəbdə təşkil olunan bədii gecələrə müasir şair və yazıçılar dəvət olunur. İndiyə qədər məktəbdə təşkil olunan belə tədbirlərdə şagirdlərə Azərbaycan ədiblərindən Baba Vəzroğlu, Sabit Rüstəmxanlı, Zahid Xəlillə dostluq şəraitində ünsiyyət qurmaq imkanı yaradılıb.

Məktəb direktorunun söylədiyi kimi ən yaxşı istirahət - mədəni istirahətdir. Ona görə də tez- tez şagirlər üçün müxtəlif muzeylərə, planetariyə, sərgi zallarına ekskursiyalar təşkil olunur ki, bu da öz növbəsində, onların fərdi inkişafına müsbət təsir göstərir. “ Tədris materialının daha yaddaqalan olması üçün tarix müəllimləri dərslərin bəzilərini muzeydə keçir və mövzunun müəyyən tarixi aspektlərini şagirdlərə əyani şəkildə nümayiş etdirir”,- derektor dedi.

Almaz xanımın sözlərinə görə, şagirdlər Şirvanşahlar sarayı, İçərişəhər, Qız  qalası, Tarix muzeyi və şəhərimizin digər tarixi məkanlarında olub. Bəzi dərslər açıq havada keçirilir və bu şagirdlər tərəfindən böyük maraqla qarşılanır.

“Məktəbimizin lisey olduğunu nəzərə alaraq biz humanitar elmlərə daha çox diqqət ayırırıq. Lakin bu o demək deyil ki, digər fənlərə lazımlı  diqqət yetirilmir və onlar zəif tədris olunur. Əsas dərslərdən sonra məktəbdə əlavə dərslər də keçirilir. Burada istəyən hər kəs, əlavə dərslərə qalan şagirdlər hazırlaşa bilir.

A. Bayramova əmin edir ki, ölkədə formalaşan fikrə görə şagirdlər orta məktəbdə yetərincə yaxşı hazırlaşa bilmədiyi üçün onlar əlavə müəllim yanında hazırlığa gedir.

Lakin bizim liseyin kollektivi bu steriotibi qırmağa çalışır. Bu məqsədlə məktəbimiz təhsil nazirliyinə müraciəti əsasında şagirlərin imtahan verəcəkləri qruplar üzrə ixsas hazırlığı keçə biləcəyi siniflərin açılmasına  razılıq  verilib. Əgər düşündüyümüz kimi alınsa, yaxın zamanlarda artıq şagirdlərin əlavə müəllim yanında hazırlaşmasına heç bir ehtiyac qalmayacaq.

Həmçinin, Almaz xanım qeyd etdi ki, məktəbdə 4 kafedra üzrə “Kiçik akademiya” yaradılıb. Humanitar, texniki, təbiət elmləri və estetika sahələrini əhatə edən bu kafedralarda məktəbin öz müəllimləri və dəvət olunan başqa müəllimlərin rəhbərliyi ilə bu layihəyə daxil olan istedadlı şagirdlər hər ay öz işlərini ictimai baxış üçün təqdim edir.

“Son illər ərzində məktəbimizdə təhsilin səviyyəsi xeyli dərəcədə qalxıb. Bu ilk növbədə buraxılış imtahanlarında nəticələrin yüksəlməsi ilə özünü göstərib. Həm də mən şəxsən monitorinqlərə nəzarət etdiyim üçün deyə bilərəm ki, şagirdlər indi imtahanlarda daha yüksək bilik nümayiş etdirir. Bizim şagirlərimiz indi daha çox olimpiadalar və müsabiqələrdə iştirak edərək diplom və sertifikatlarla təltif olunurlar. Bu çox sevindirici haldır. Müsbət göstəricilərdən biri də odur ki, məktəbimizdə siniflərin sayı, yəni təhsil almaq üçün bizim məktəbi seçənlərin sayı artıb”, -deyə, Almaz xanım bildirdi.

O faktı da  nəzərə almaq lazımdır ki, müasir şagird özünə qarşı fərdi yanaşmanı tələb edir. Hər bir şagird müəllimin diqqətini hiss etməlidir. Müəllim təkcə şagirdin bilik səviyyəsi ilə deyil, həm də onun həyat tərzi, daxili aləmi və maraqlarına diqqət göstərməlidir.

“Bizim məktəbimiz müxtəlif innovativ layihələrə qoşulub, bu mənada inklüziv təhsil layihəsini də qeyd etmək olar. Hal-hazırda burada sağlamlıq imkanı məhdud  olan, xüsusi inteqrasiya olunmuş yanaşma tələb edən 14 şagird təhsil alır. Onlar digər şagirdlərlə birlikdə, məktəbdə yaradılan xüsusi komissiyanın nəzarəti ilə təhsil alır. İnklüziv uşaqlarla iş üçün fərdi plan hazırlanıb və onlar hər zamn müəllim, müəllim köməkçisi və şagirdlərin diqqəti ilə əhatə olunub.

 Bundan başqa məktəbdə “sağlam təhsil” layihəsi reallaşdırılır. Burada sağlam həyat tərzi qaydalarına əməl olunur. Həmçinin, məktəbin psixoloq kabineti də var ki, burada psixoloji problemlərlə əlaqədar şagirdlərə gərəkən yardım göstərilir. Anketləşdirmə vasitəsilə psixoloq “çətin şagirdləri” müəyyən edir və onlarla korreksiyayönümlü iş aparır.

Bu gün liseyimizin səviyyəsini daha yüksək pilləyə qaldırmaq üçün çox iş görülüb. Lakin biz əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmək fikrində deyilik. Biz elə bir məktəb modeli yaratmaq istəyirik ki, o, müasir zamanın bütün tələbh və standartlarına cavab versin, şagirlər onu sevsin və burada biliklərə yiyələnməyə can atsın. Biz şagirdlərin fərdi inkişafına yönələn bütün layihələrdə iştirak etməti qarşımıza məqsəd qoymuşuq və təhsil prosesinə mane olan bütün neqativ hallara qarşı mübarizə aparırıq. Düşünürəm ki, cəkdiyimiz zıhmət hədər getməyəcək və bir neçə ildən sonra liseyimizin adı ən uğurlu məktəblər sırasında çəkiləcək”,- deyə, Almaz xanım fikrini ümumiləşdirdi.

Sonda fikrini yekunlaşdıran A. Bayramova etiraf etdi ki, derektor işi heç də asan deyil, cünki böyük məsuliyyət və əsəb gərginliyi ilə müşayiət olunur. Lakin insan görəndə ki, öz xalqına bununla xidmət edir, oğullarımız və qəzlarımızın gələcəyini bununla formalaşdırır, bu halda heç bir yorğunluqdan söhbət gedə bilməz.

“Məzunlarımız yüksək balla universitetlərə qəbul olunduqda və növbəti olimpiyadadan nailiyyətlə qayıtdıqda mən mənəvi zövq alıram. Həmin anlarda anlayırıq ki, biz şəxsiyyəti formalaşdırır, deməli müvafiq olaraq, Azərbaycan xalqının gələcəyini formalaşdırırıq. Məlum olduğu kimi, şəxsiyyətin formalaşması məhz məktəb dövründə baş verir”, - deyə, A.Bayramova qeyd etdi.

1news.az

Paylaş:
9024

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər