Albaniya Parlamentinin spikeri: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” | 1news.az | Xəbərlər
Siyasət

Albaniya Parlamentinin spikeri: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

16:59 - 30 / 05 / 2016
Albaniya Parlamentinin spikeri: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

Albaniya paytaxtı Tiranada keçirilən NATO Parlament Assambleyasının (PA) yaz sessiyasında çıxış edən Albaniya Parlamentinin spikeri İlir Meta Azərbaycanın Dağlıq Qarabağ regionunda yaranmış son durumla bağlı münasibət bildirib.

1news.az-ın Avropa Azərbaycan Cəmiyyətinə istinadən verdiyi xəbərə görə, spiker İlir Meta deyib ki, Albaniya münaqişənin Minsk qrupu formatında həll olunmasını və zorakılıq tətbiq etmədən sülh yolu ilə nizamlanması üçün danışıqların davam etdirilməsini dəstəkləyir.

“Albaniya Respublikası beynəlxalq ictimaiyyətin mövqeyi ilə tam şərikdir ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir və heç bir münaqişə Qafqaz regionunda yaşayan insanlara yardım etmir”- deyə, spiker vurğulayıb.

1news.az

 

Paylaş:
841

Son xəbərlər

Bütün xəbərlər