Nə üçün Türkiyəyə məhz indi İsrail ilə münasibətləri normallaşdırmaq lazım oldu? – MÖVQE | 1news.az | Xəbərlər
Müsahibə

Nə üçün Türkiyəyə məhz indi İsrail ilə münasibətləri normallaşdırmaq lazım oldu? – MÖVQE

17:48 - 02 / 06 / 2016
Nə üçün Türkiyəyə məhz indi İsrail ilə münasibətləri normallaşdırmaq lazım oldu? – MÖVQE

1news.az-ın “The Great Middle East” layihəsinin rəhbəri, politoloq Əli Hacızadə ilə müsahibəsi:

- Cənab Hacızadə, məlum olduğu kimi yaxın günlərdə Türkiyə ilə İsrail münasibətlərin normallaşdırılmasına yaxınlaşır. Bunun əsas səbəbi nədir? Bu, Türkiyə-Rusiya arasındakı böhran münasibətləri ilə bağlıdırmı? 

- Diqqət yetirmisinizsə, Ankara Rusiyanın Su-24 təyyarəsinin vurulmasından sonra İsrail ilə münasibətləri normallaşdırılmaq üçün addım atmağa başladı. Çox güman ki, Türkiyə potensial müttəfiqlərindən (İsrail və Rusiya) öncə qabaqlayıcı tədbirlər görərək hərəkət etdi. Və qeyd edim ki, bütövlükdə Ankara buna nail ola bildi.

Bundan əlavə, Türkiyənin Əsəd rejimi, İran və Misirlə ciddi problemləri var. Belə vəziyyətdə Ankara üçün İsraillə münasibətlərin normallaşdırılması vacibdir.

Bu mərhələdə Türkiyə əsasən Fars körfəzi monarxiyası ilə yaxınlaşır. Və bu monarxiya ilə İsrailin bir ümumi rəqibi var – İran. Qeyd etdiyim kimi, İranla da Ankaranın problemləri var. Türkiyə Vaşinqton tərəfindən atılmış (İran təhdidi ilə bağlı) Körfəz monarxiya və İsrail üçün yaxşı bağlayıcı bənd ola bilər.

- Nə üçün İsrail daha çox münasibətlərin normallaşdırlmasında maraqlıdır?

- Deyərdim ki, Türkiyə ilə İsrailin münasibətlərinin normallaşdırılması əhəmiyyətli vəzifədir və bu, xarici siyasət üçün prioritetdir. Lakin, sözsüz ki, İsrail Türkiyə ilə münasibətlərin normallaşdırlmasında bu ölkənin böyük iqtisadi potensiala sahib güclü dövlət olaraq ən iri müsəlman dövləti olması da hesab olunur. 

İsrail istərdi ki, Türkiyə Fələstinə dəstəyini dayandırsın yaxud da müəyyən qədər limitləşdirsin. Bundan əlavə, Türkiyə - İsrail qazını alan ən yaxın və ən iri potensial alıcıdır. Əgər İsrail və Türkiyəyə qaz layihələrini həyata keçirmək mümükün olarsa, bu, hər iki ölkə üçün faydalı olacaq. Zənnimcə, hər iki ölkə münasibətlərin normallaşdırlmasında eyni dərəcədə maraqlıdır.

- Nəzərə alsaq ki, Əhməd Davudoğlunun istefasından sonra bütün hakimiyyət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əlində cəmlənib, bu mənada fikir birliyi və ya münasibətlərin normallaşdırılmasına nail olunacaqmı?

- Düşünürəm ki, elə Davudoğlunun zamanında da Ərdoğan bu cür kritik məsələlərdə əlini cəld saxlamışdı. Ərdoğanın qıvraqlığını və zəruri hallarda küncləri hamarlamaq bacarığını nəzərə alaraq bu, mümkündür. Ola bilər ki, bu, uzun zaman alacaq və ola bilər ki, ölkələr arasından mübahisəli məqamlar da qalacaq.

- Rəsmi Ankara İstanbulda Həmasın nümayəndəliyini bağlamağa və Tel-Əviv də öz növbəsində Qəzza zolağından blokadanın götürülməsinə razılaşacaqmı? Belə ki, məhz bu faktlar heyətin görüşündən öncə prinsipial faktorlar hesab olunur.

- Bu, kifayət qədər vacib məsələlərdir. Həmasın nümayəndəliyinin bağlanması və Qəzza zolağından blokadanın götürülməsindən əlavə, İsrailin kürdlərlə əməkdaşlığı var ki, bu da Türkiyənin milli maraqlarına ziddir. Düşünürəm ki, bu məsələ ölkələr arasında müzakirələrin mövzusu olacaq. Qəzza zolağının blokadasına gəlincə, İsrail tərəfi bunun blokada olmasını hesab etmir. Belə ki, Türkiyədən Qəzzaya dərman və ərazaq, eləcə də humanitar yardım göndərilir. 

Əksinə, blokada ilə bağlı məsələyə toxunularsa bəzi məhdudiyyətlərin aradan qaldırılması və bəzi zəifləmiş rejim haqqında danışmaq olar. Qeyd etmək lazımdır ki, Qəzza zolağının həmçinin Misirlə də sərhədləri var. Və Qəzzanın blokada da olması təkcə İsrailin deyil, eyni zamanda Misirin də günahıdır.

- Necə düşünürsünüz, ABŞ-dan müdafiə və hərbi-sənaye planda asılılığı azaltmaq üçün Türkiyənin istəyi ilə münasibətləri normallaşdırmaq arasında bir əlaqə cəhdləri varmı?

- Əslində Türkiyənin ABŞ-dan müdafiə və hərbi-sənaye planda asılılığı azaltmaq cəhdi  hələ 70-ci illərdə ABŞ-ın Kipr əməliyyatından sonra Türkiyəyə embarqo qoymasından sonra başlayıb. Bundan sonra Türkiyənin hərbi-sənaye kompleksi böyük irəliləyişə nail oldu. Lakin hazırda bunu ordu və təhlükəsizlik gücünün artan tələbini təmin etmək kimi söyləmək olmaz. Hazırda hərbi elektronika sahəsində Koreya ilə əməkdaşlıq qurulub. Lakin Türkiyə tərəfinin koreyalı mütəxxəslərdən  narazılığını və onlara alternativ axtarılmasını bildirən bəzi məqamlar var.

Alternativlərdən biri olaraq sözsüz ki, İsrail şirkət və mütəxxəsisləridir. Düşünmürəm ki, münasibətlərin normallaşdırlması birmənalı olaraq hərbi əməkdaşlıqla bağlıdır. Lakin bu məsələ hər iki ölkə üçün kifayət qədər vacibdir. Həmçinin qeyd etmək lazımdır ki, bu, bir tərəfdən Ankar ilə Vaşinqton, digər tərəfdən də Tel-Əvivlə Vaşinqton arasında fərqliliklər fonunda yaxınlaşmalar baş verir.

- Və sonuncu sual. Aviqdor Libermanın İsrailin müdafiə naziri seçilməsi Azərbaycan üçün hansı əhəmiyyət kəsb edəcək?

- Azərbaycanın istər İsrail dövləti, istərsə də hərbi təyinatlı məhsullar istehsal edən aparıcı İsrail şirkətləri ilə hərbi əməkdaşlığı tamamilə məhsuldar qurulub. Təcrübəli siyasətçi kimi cənab Liberman Azərbaycanın əhəmiyyət və potensialı çox yaxşı bilir. Bu iki faktoru nəzərə alaraq güman edirəm ki, Libermanın seçilməsi İsrail-Azərbaycan münasibətlərinə və hərbi planda əməkdaşlığa tamamilə müsbət təsir göstərəcək.

1news.az

Paylaş:
2946

Son xəbərlər

Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59
Bütün xəbərlər