Rövşən Rzayev: “Bundestaqda antitürk qətnaməsinin qəbul olunmasında əslən Türkiyədən olan şəxs fəal rol oynadı” | 1news.az | Xəbərlər
Müsahibə

Rövşən Rzayev: “Bundestaqda antitürk qətnaməsinin qəbul olunmasında əslən Türkiyədən olan şəxs fəal rol oynadı”

15:32 - 03 / 06 / 2016
Rövşən Rzayev: “Bundestaqda antitürk qətnaməsinin qəbul olunmasında əslən Türkiyədən olan şəxs fəal rol oynadı”

1news.az-ın Milli Məclisin deputatı Rövşən Rzayevlə müsahibəsi: 

- Almaniya Bundestaqının deputatları 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələri “erməni soyqırımı” olaraq qəbul edib. Nə üçün Almaniya bu addımı atdı?

- Almaniya Bundestaqının deputatları 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələri “erməni soyqırımı” olaraq qəbul etdiyi qətnamə ermənilərin Türkiyə və Azərbaycana qarşı irəli sürdükləri məqsədyönlü işin nəticəsidir.

Beləliklə, ermənilər öz aqressiv siyasətləri üçün bir sıra ölkələrdən böyük dəstəyə nail olmaq istəyirlər. Antitürk fəaliyyəti müxtəlif qurum, dairə və orqanların köməkliyi ilə həyata keçirilir.

- Deyilir ki, qətnamənin qəbul edilməsində əslən Türkiyədən olan, “90-lar birliyi/yaşıllar” alman partiyasının həmsədri Cem Özdəmirin fəal rolu olub.

Şəkildə Cem Özdəmir

- Əslən Türkiyədən olan Cem Özdəmir milliyətçə çərkəzdir. Onun Türkiyə ilə bağlı şəxsi maraqları var idi ki, o bunları həyata keçirə bilmədi. Bundan sonra da o, ölkənin rəhbərliyinin əlehinə mövqedə çıxış edərək erməniləri dəstəkləyən qüvvələrə yönəldi.

Cem Özdəmir öz partiyası ilə razılaşaraq Türkiyənin əlehinə çıxış etdi. Nəticədə onlar Almaniya Bundestaqında heç bir tarixi fakt və sübutlara əsaslanmayan uydurulmuş qətnamənin qəbul ediləməsinə nail oldular. Bu, Cem Özdəmirin şəxsi maraqlarından irəli gələn ambisiyalardır.

Bu, Bundestaqın sona qədər düşünülməmiş qərarıdır. Alman parlamentində bir çox ciddi siyasətçilər var. Ola bilsin ki, onların iştirak etməməsi və erməni lobbisinin təzyiqi bu nəticəyə səbəb oldu.

Bu cür qərarın qəbul eidlməsi siyasi xarakter daşıyır. Bununla belə, qeyd etmək lazımdır ki, Osmanlı İmperiyası 1915-ci ildə Almaniya ilə yaxın müttəfiq idi.

- Əgər Almaniya ədalət müdafiəçisi rolunda çıxış edirsə, o zaman ermənilərin Azərbaycana qarşı dinc əhalinin etnik təmizlənməsi, Xocalı soyqırımını nə üçün tanımır?

- Əgər ədalətdən danışılırsa, Almaniya ilk növbədə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırıma lazımi qiymət verməlidir. Lakin onlar bu məsələni kənara qoyaraq öz siyasi maraqlarına uyğun olan qətnaməni qəbul etdilər.

- Bu, Türkiyə ilə Almaniyanın münasibətlərinin pisləşməsinə səbəb ola bilərmi? Rəsmi Ankara artıq səfirini geri çağırıb.

- Düşünmürəm ki bu, Ankara ilə Berlin arasında ciddi problemlərə səbəb ola bilər. Lakin müəyyən fikirayrılığı olacaq və bunları həll etmək lazımdır.

Almaniya hökuməti birmənalı olaraq bəyan edib ki, bu, Bundestaqın mövqeyidir. Almaniya rəhbərliyi qəbul edilən bu qətnamədə iştirak etməyib. Bu, ədalətdən uzaq birtərəfli yanaşmadır.

- Nə üçün bu cür məsələlər Türkiyənin Avropa İttifaqına daxil olması məsələsi fəallaşarkən yaranır?

- Birmənalı olaraq bu, Türkiyəyə təzyiqdir. Qeyd etmək istərdim ki, Türkiyə güclü dövlətdir və heç bir təzyiq formasına qapılmır.

- Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyan edib ki, Almaniya qonşu dövlətlərin - Türkiyə ilə Ermənistanın “bir-biri haqda” danışmaları, hətta öz aralarında ünsiyyət saxlaması üçün hər bir şey edəcək. Onun sözlərindən belə çıxır ki, Almaniya Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasına çalışır? Sərhədlərin açılmasına?

Şəkildə Frank-Valter Ştaynmayerdir

- Türkiyənin Ermənistanla sərhədlərin açılmasında heç bir marağı yoxdur. Qeyd etmək lazımdır ki, Ermənistan öz-özlüyündə nə qonşu dövlətlərə, nə də dünyaya heç nə verə bilməz. Qalmaqal, yalan və böhtandan savayı. 

Bu, digər dövlətlərə təzyiq olaraq istifadə olunur. O Azərbaycan torpaqlarını güclü olduğu üçün deyil, zamanında güclü dövlət olduğu üçün işğal edib. Və ümumiyyətlə, Ermənistanın rəhbəri sahə komandiri olduğu müddətdə onlardan yaxşı nəsə gözləmək lazım deyil.

- Azərbaycanın Xarici İşlər Nazirliyi Bundestaqın qətnaməsini qeyri-obyektiv adlandırıb. Sizcə Azərbaycanın mövqeyi necə olmalıdır?

- Azərbaycan həmişə Türkiyənin yanında olub və olacaq da. Azərbaycan bundan sonra da öz yolu ilə gedəcək. Ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri və Xocalıda azərbaycanlıların soyqırımının tanınmasına nail olacaq.

Mövzu ilə əlaqədar oxuyun:

Bundestaq qondarma “erməni soyqırımı”nı tanıdı

Numan Kurtuluş: “Bundestaqın qərarı Türkiyə üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir”

Türkiyə Almaniyadakı səfirini geri çağırdı

1news.az

 

Paylaş:
1628

Son xəbərlər

Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12
Bütün xəbərlər