Rəhman Hacıyev: “Ermənistan prezidentinin bədən dili, yəni, jestləri çox şeydən xəbər verir” | 1news.az | Xəbərlər
Müsahibə

Rəhman Hacıyev: “Ermənistan prezidentinin bədən dili, yəni, jestləri çox şeydən xəbər verir”

18:25 - 07 / 06 / 2016
Rəhman Hacıyev: “Ermənistan prezidentinin bədən dili, yəni, jestləri çox şeydən xəbər verir”

Almaniya Bundestaqı 1915-ci ildə Osmanlı imperiyasında qondarma“erməni soyqırımını”  tanıyan qətnaməni təsdiq edib.

Bu günlərdə mövzunun müzakirəsi zamanı Ermənistan prezidenti Serj Sarkisyan  almanların “Bild” nəşrinin jurnalisti Paulu Rontshaymerə müsahibə verib. Bu müsahibədə də o, hər zaman olduğu kimi 1915-ci il hadisələri və Dağlıq Qarabağ münaqişəsi haqqında dezinformasiya yaydı.

The First News (1news.az) –ın baş redaktoru Rəhman Hacıyev S.Sarkisyanın bəzi tezisləri ilə bağlı fikirlərini bildirib.

- Son bir neçə gün ərzində bizim saytımızda Almaniyada “erməni soyqırımı” haqda qətnamənin qəbul olunması ilə bağlı bir çox şərhlər yayımlanıb. Bunun nəticəsində Sarkisyanın müsahibəsi kölgədə qalıb. Lakin elə məhz bununla əlaqədar bir neçə sual vermək istərdik. Sizin fikrinizcə, Ermənistan prezidenti müsahibə vermək üçün niyə məhz “Bild” qəzetini seçdi?

-Əminəm ki, Serj Sarkisyan Bild qəzetini təsadüfən seçməyib. Şəxsən məni təəccübləndirən o məqam idi ki, Ermənistan tərəfi 1915-ci ildə baş verənlərlə bağlı ciddi mövzunu işıqlandırmaq üçün mənfi ad çıxaran bu qəzeti seçib.

Axı Bild qalmaqallarla dolu tabloiddir. O, daha çox tənqid və yalan sensasiyalar üzərində məşhurlaşıb. Bəzən onu ‘soft porn newspaper’ adlandırırlar. Yəni ondan bəhs edərkən daha çox nəyin bahasına olursa- olsun sensasiya arxasında qaçan nəşr nəzərdə tutulur. Uydurma hekayələr, qalmaqallar, yalan və açıq-saçıq mövzulara onun səhifələrində rast gəlmək olar.

Bu nəşrin əksər həmkarları, məsələn Der Spigel yalan və faktların təhrif olunmasına görə onları tənqid edir.

Məhz bu qalmaqallı və sensasiyalı xəbərləri sayəsində qəzet yüksək tirajla çap olunur. Avropada o, yalnız britaniyanın The Sun qəzetindən geri qalır. Qeyd edək ki, bu britaniya nəşri də analoji formatdadır və mənfi ad qazanıb.

Yəni Sarkisyanın seçdiyi qəzet prinsipsiz bir nəşrdir və sensasiya üçün açıq-aşkar yalan məlumatı da yaymağa hazırdır.

Yeri gəlmişkən Bild qəzetinin redaksiya mövqeyi artıq uzun müddətdir ki, qeyri-obyektiv, anti-azərbaycan və anti-türk istiqamət daşıyır.

Sakisyanın belə bir qəzetə gəlməsi də çox şeydən xəbər verir. Çox güman ki, Almaniya kimi böyük ölkədə heç bir ciddi nəşr bu müsahibənin çapına maraq göstərməyib.

Hətta Sarkisyan və jurnalist Ronshaymerin fotoları burada simvolik xarakter daşıyır.

Ermənistan prezidentinin jestləri- “bədən dili” çox şeydən bəhs edir. İlk növbədə bu hərəkətlərdən oxumaq olur ki,özünə olduqca inamsızdır.

O, sadəcə olaraq mövzudan xəbərsiz insanlar arasında yalan danışmaqla diqqət çəkməyə çalışır.

- Almaniyada “erməni soyqırımı” məsələsinin aktuallaşması nə ilə əlaqədardır?

- Ermənilər növbəti dəfə müəyyən siyasi güclərin əlində alətə çevrildi. Hal-hazırda Türkiyə və Avropa arasında bir çox məsələlərdə fikir ayrılığı ilə müşayiət olunan debatlar aparılır. Bu fikir ayrılığı miqrasiya böhranı mövzusundan başlayaraq, terror bolmabasına qədər davam edir.

Avropa müəyyən məsələlərə münasibətdə Türkiyəyə öz mövqeyini qəbul etdirməyə çalışır. Türkiyə isə əksinə heç bir güzəştə getmək niyyətində deyil. Bundan əlavə Türklər yenə də Aİ-yə qəbulla bağlı avropalılar üçün xoş olmayan suallar verməyə başlayıb.

Məndə təəccüb yaratmayan bir hal da odur ki,qarşılıqlı olaraq bəzi avropalı siyasətçilər Türkiyənin Aİ üzvlüyü ilə bağlı təxribatçı bəyanatlar verməyə başlayıb.

Avropa “erməni soyqırımı” mövzusunda bir addım geri atır. Bu sadəcə həmin oyunda növbəti fiqurdur.

Doğrudur, başqa nöqteyi-nəzər də var. Bəzi ekspertlərin fikrincə, “Xolokost” törədən ölkə kimi Almaniyanın heç də asan olmayan keçmişinin psixoloji məqamlarını nəzərə almaq lazımdır. Bu məsələlərdə olduqca həssas olan Almaniya məsuliyyəti bölüşdürməyə çalışır. Çox güman ki, bu ölkədə olan bəzi güclər məsuliyyəti türklərin üzərinə qoymağa cəhd edir.

Mənim belə bir imkanım olsaydı alman parlamenti üzvlərinə Xocalı faciəsinin tarixini öyrənməyi təklif edərdim. Məhz burada faktlar üçün uzağa getməyə ehtiyac yoxdur. Ermənistanın indiki hakimiyyət nümayəndələrinin də əli bulaşan bu cinayət o qədər qorxuncdur ki, Bundestaq üzvlərinin tarixi yetərincə öyrənilməyən hadisələrlə deyil, məhz Xocalı soyqırımı ilə əlaqədar qətnamə qəbul etməsi doğru olardı.

Ermənilərdən növbəti dəfə istifadə etdilər və onlar da buna sevinirlər. Müəyyən mənada onlar bundan əl çəkə bilmirlər, cünki özlərinin “ soyqırım konsepsı”nın əsiridirlər. Bu konsepsiya da şübhəli ideya olan “ Böyük Ermənistan” düşüncəsi kimi  erməni milli düşüncəsinin tərkib hissəsinə çevrilib. Nəticə etibarilə onlar öz mövcudluqlarını yalnız Türkiyə  və Azərbaycanla qarşıdurma halında görə bilirlər. Bu qarşıdurmanın arxasında iqtisadi, ərazi və digər tələblər dayanır.

Lakin həm “soyqırım”, həm də”Böyük Ermənistan” milli quruculuq üçün məhvedici ideologiyalardır. Dövlətin inkişafı və möhkəmlənməsi üçün ərazinin aparıcı rol oynadığı zamanlar artıq tarixə qovuşub.

Əgər elə olsaydı indi dünyanın ən yüksək rifah halı olan ölkələri Braziliya, Hindistan, elə həmin Rusiya olardı. Mənə elə gəlir ki, yüksək texnologiyaların və dünyada yeni iqtisadi münasibətlərin inkişaf etdiyi bir dövrdə belə primitiv düşünmək doğru deyil.

Nəticə etibarilə belə qətnamələrin qəbulu ilə nə Ermənistan, nə də Avropa heç nə qazanmayacaq. Qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasındakı gecikmə ilk növbədə ermənilərin öz maraqlarına mənfi təsir edəcək.

Kiçik nümunə göstərim. Uzun müddətdir ermənilər hesab edir ki, Şimal-Cənub (Rusiya-İran) iqtisadi oxu ölkənin iqtisadi inkişafı üçün kifayətedici faktor olacaq. Və bir neçə on illiklər boyu bu “iqtisadi körpü” həqiqətən də onlara ayaqda qalmağa kömək edirdi. Lakin illər sübut etdi ki, Qərb-Şərq xəttində paralel inkişafın olmaması ölkənin iqtisadi cəhətdən rifahını çox zəif və şərti edir, zənnimcə bu, daha perspektivlidir.

İstər Qərb (Türkiyə), istərsə də Şərq (Azərbaycan) Ermənistan üçün blokadadır. Yəni onlar faktiki olaraq öz hərəkətlərilə Şərq-Qərb xətti ilə inteqrasiyası işində vəziyyəti çətinləşdirirlər. Bu istiqamətin potensialı Şimal-Cənub oxundan daha güclüdür. Belə ki, Qərb-Şərq marşrutunun sonlarında dünya iqtisadiyyatı üzrə ikinci və üçüncü nəhənglər – Çin və Avropa İttifaqı yerləşir. Hətta nəhəng iqtisadiyyatı olan Rusiya da bu iqtisadi mərkəzlər arasında manevr etməyə məcburdur.  

Beləliklə, ermənilər nəticə etibarilə öz fəaliyyətlərində məğlub olacaqlar. Və başa düşmürlər ki, bu cür siyasət onlar üçün uzunmüddətli perspektivdə kömək etməyəcək.

- Sarkisyanın “Ərdoğanın qəfil reaksiyasından alman siyasətçilərin qorxması” haqda fikirləri barədə nə deyə bilərsiniz?

- Bu cür danışıqlar tamamilə təxribatdır. Faktiki olaraq sarı mətbuatın jurnalistləri və ölkə prezidenti alman siyasətçilərin ləyaqətlərinə təsir etməyə çalışdılar. Bu, mənə “Mauqli” çizgi filmindən Tabakinin gürzə Kaanın qulağına boderloqlar onu “qurd və balıq, eləcə də qurbağa” adlandırmasının pıçıldamasını xatırlatdı.

Bu məsələdə Türkiyənin mövqeyi ciddi və prinsipial olaraq qalır. Bu, kəndirin dartılması oyununa bənzəmir. Və əgər bəzi alman siyasətlər fikirlərində ehtiyatlılığa riayət edirdilərsə, o zaman bu, onları yalnız ciddi siyasətçilər kimi xarakterizə edir.

Təəsüflər olsun ki, belələri parlamentdə azlıq təşkil edir. Daha dəqiq, ümumiyyətlə onlar səsverməni buraxmaq qərarına gələrək, Bundestaqı həmkarlarımdan birinin bildirdiyi kimi, siyasi cahillik göstərən siyasətdən uzaqların ixtiyarına verdilər. 

Və əgər kimsə Türkiyənin reaksiyasının kəskin olacağına şübhə edirdisə, o zaman onların səriştəsizliyinə həmdərd ola bilərəm. Türklər öz prinsipiallığını dəfələrlə konkret fakt və təkliflərlə – arxivlərin açılması, tədqiqatçıların oraya cəlb edilməsi, birgə komissiyaların yaradılması, demaqoqluğu siyasi səviyyəyə yüksəltməməklə tarixi və hüquqi araşdırmalarla etməyi irəli sürürdü. Lakin, bütün bunlar Ermənistan tərəfindən rədd edilirdi.

- Sarkisyan Türkiyə prezidentinin avropalılar tərəfindən etibara sahib olmasından danışırdı və hətta bu istiqamətdə məsləhətlər də verirdi. Fikrinizcə, Avropanın Ərdoğana etibar etməməksə səbəbi varmı?

- Açığı bu fikir mənə qeyri-ciddi təsir bağışlayır. Sarkisyanın Türkiyə haqqında mülahizələri obyektiv ola bilməz.

Türkiyə - Avropa ilə çiyin-çiyinə “soyuq müharibəni” yaşayan ölkədir.

Türkiyə - NATO tərkibində ən iri quru qoşunları olan ölkədir.

Türkiyə - ərazsində üç milyon suriyalı qaçqını qəbul edən ölkədir. Əgər suriyalı qaçqınlar Avropaya getsəyidilər bu, dünyanın sonu olardı. 

Türkiyə - Avropa İttifaqının ən iri iqtisadi partnyorlarından biridir.

Türkiyə - Azərbaycanla birgə Avropaya enerji nəqlinin şaxələndirilməsi məsələsində, energetika təhlükəsizliyində görünməmiş töhfə bəxş edən ölkədir. 

Türklərin avropalı, eləcə də Qərb üçün etibarlı partnyolar olması ilə bağlı nümunələr demək olar ki, minlərlədir. 

Və yalnız Sarkisyan və onunla razılışan “Bild”in jurnalistinin anlaşılmayan dəlillərinə görə, Avropa Tükiyəyə etibar etməməlidir.

- 1915-ci il hadisələri mövzusunda müsahibə zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunmadan ötmədi...

- Başqa cür də ola bilməzdi. Qeyd etdiyim kimi, müasir erməni milliyətçiliyinin əsasında iki konsepsiya dayanır. Bunlardan biri ərazilərin aqressivcəsinə ələ keçirilməsi ideyasıdır ki, burada brinci növbədə Qarabağ əhatələnib.

Bütün müsahibə boyunca Ermənistan prezidenti faktları qəsdən təhrif edir. Və bu, istisna deyil. Erməni prezidentinin dezinformasiya sözü ondan ibarətdir ki, guya Azərbaycan aprelin əvvəlində Ermənistana hücum edib.

Artıq neçənci dəfədir ki, Serj Sarkisyana xatırlatmaq lazımdır: Azərbaycan heç kəsə hücum etməyib. Azərbaycan ərazisində ermənilərin işğalçı qüvvələri yerləşir ki, onlar eləcə də dinc sakinlərə də hücum edir. Azərbaycan beynəlxalq cəhətdən tanınmış ərazilərində öz ölkəsinin sakinləri üçün normal, cəbhəyanı bölgə əhalisi üçün təhlükəsiz həyat şəraiti təmin etsin deyə əks hücum əməliyyatı keçirib.

Azərbaycan beynəlxalq ictimaiyyətə erməni aqressiyasını nümayiş etdirən minlərlə sübutlar təqdim edib: əcnəbi jurnalistləri cəbhəyanı bölgələrə aparıb, eləcə də onlara silah-sürsatların qalıqlarını göstərib.

Beləliklə, Serj Sarkisyan sadəcə olaraq “Bild” qəzetinin tribunasından istifadə edərək hadisələri həqiqətdənkənar versiyalarla təqdim etmək istəyir. Bunu Prezident İlham Əliyev də aydın şəkildə vurğulayıb ki, Sarkisyan “bir cümlədə yalanların sayına görə” bütün rekordları vurur.

Və Sarkisyan hələ də Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyindən danışır?

Hesab edirəm ki, sanksiyaları başqa ölkələrin ərazi bütövlüyünü qəsd edən və dinc sakinləri məhv edənlərə qarşı tətbiq edilməlidir.

Beləliklə, hazırki konteksdə sanksiyaların tətbiq edilməsinə yalnız Ermənistan layiqdir.

1news.az

 

Paylaş:
2028

Son xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53
Bütün xəbərlər