3 qat dünya çempionu Niki Lauda: “Formula-1-in Bakıda keçirilən mərhələsi möhtəşəm idi” | 1news.az | Xəbərlər
Müsahibə

3 qat dünya çempionu Niki Lauda: “Formula-1-in Bakıda keçirilən mərhələsi möhtəşəm idi”

16:24 - 28 / 06 / 2016
3 qat dünya çempionu Niki Lauda: “Formula-1-in Bakıda keçirilən mərhələsi möhtəşəm idi”

Bakıda cari yayın ən möhtəşəm idman tədbirlərindən biri olan Formula -1 üzrə Avropa Qran-prisinin mərhələsi keçirildi.

Bu tədbir dünya miqyasında 10 milyonlarla azarkeşlərin diqqətini növbəti dəfə Odlar yurduna cəlb etdi.

Bildiyimiz kimi, mərhələnin qalibi “Mersedes” komandasını təmsil edən 30 yaşlı alman pilot Niko Rosberq oldu.

İkinci yerin sahibi Sebastyan Fettel (“Ferrari”), 3-cü yerin isə - Serxio Peres (“Force İndia”) oldu.

Bakı startı haqda öz təəsuratlarını 1news.az-la, son bir neçə mövsümü “Mersedes” komandasının rəhbərliyində çıxış edən Formula-1 yarışmasının canlı əfsanəsi, 3 qat dünya çempionu Niki Lauda bölüşüb.

-İlk olaraq, “Mersedes” klubunun nümayəndəsi kimi sizi təbrik edirik. 

- Təşəkkür edirəm. Niko bütün distansiyanı ağılnan keçdi və haqlı olaraq Bakını mərhələnin qalibi kimi tərk edir.

Fotoda: Niko Rosberq Bakıda

-Yarışmanın ilk günündə ən yaxşı vaxt nəticəsini komandanızın digər təmsilçisi Lyüis Hemilton göstərib.

- Bəli, ilk gün Lyüisin xeyrinə bitdi. Bizdə hətta fikir yarandı ki, ən güclü 3-lükdə “Mersedes”-in iki pilotu ola bilər. Lakin hər şey alındığı kimi alındı. Niko birinci yerə çıxdı, Lyüis – beşinci.

- Sürücü və komanda arasında radioəlaqəyə qoyulan qadağa ilə bağlı sizin fikrinizi bilmək istərdik. Deyilənə görə, məhz bu yenilik Hemiltonun qələbəsinə mane oldu.

- Bəli, hardasa bu doğrudur. Yarışma vaxtı Lyüisin mühərriki özü-özünə rejimləri dəyişməyə başladı, radioedirdə isə bu məsələnin müzakirəsi gedirdi. Vəziyyət asan deyildi, lakin biz ona bu problemdən qurtulmaq üçün ipucu verə bilməzdik.

- Başqa halda...?

- Başqa halda cərimələnəcəkdik.

- Böyük sürətdə bolidi idarə etmək və eyni zamanda gözlənilməz problemi həll etmək çətin olmalıdır.

- Çox çətindir. Təsəvvür edin ki, saatda 300 kilometr sürətlə irəliləyərkən, trasa diqqət edirsiz, bundan əlavə başa düşməyə çalışırsınız ki, mühərrik problemi nədədir. Lkain qanun-qanundur və hər kəs üçün eynidir. Gərək öyrəşəsən. Yeni qaydalara əsasən, sürücü gərək özü qərar verməlidir.

Yeri gəlmişkən, Nikonun da belə bir problemi yaranmışdı. Lakin o problemi operativ şəkildə həll etdi. Lyüis isə problemin həll edilmə müddətini uzatdı. Buna görə də, ilk olaraq liderlər sırasnda qala bilmədi, sonra isə trafikdə ilişdi.

Lakin bu demək deyil ki, mən Lyüisi nədəsə günahlandırıram. Probelm çox mürəkkəb idi.

Fotoda: Niko Rosberq (solda), Niki Lauda (sağda)

-Qələbədə əsas rolu kim oynayır: insan, yoxsa avtomobil?

- Hər şeyi pilotun bacarıqları, ağlı və fərasəti həll edir. Lakin hətta dahi, ona metal tör-töküntüsü versən, qalib gələ bilməz. Ona görə də sonda həm pilotun, həmdə komandanın adını səsləndirirlər.

Fotoda: Niko Rosberq Bakı Qran-prisində finiş xəttini keçir

-Bəs sizin “Mən pis maşında belə qalib gələ bilərəm” deyiminiz?

- (gülür) Gənc idim, və hər gənc insan kimi ağızdolusu danışmağı xoşlayırdım. Heç kim,hətta Niki Lauda, metal tör-töküntüsündə yarış uda bilməz.

-Siz yalnız böyük sürücü, bolid mütəxəssisi kimi yox, həm də həqiqəti xoşlayan insan kimi məşhursunuz. Bu tez-tez konstruktorlar və hətta komanda sahibləri ilə münaqişələrə gətirib çıxarırdı. Bu sizə həyatda mane olmurdu?

-Xeyr, bir zərrə belə mane olmurdu. Formula-1 yarımçıq həqiqətin, diplomatiyanın zəruri olduğu bir yer deyil. Burada hər şey olduqca aydındır və hər şeyi 2-3 sözlə və ya rəqəmlə ifadə etmək olar. Susqunluq isə həll edilə bilməyəcək nəticələrə gətirib çıxara bilər.

Mənim rəyim, həmişə gördüyümü və bildiyimi dediyim üçün, belə qiymətlidir.

- Bu günlərdə həqiqətin dəyəri yüksəkdir?

- Onun dəyəri hər bir dönəmdə yüksək olub.

Fotoda: Niki Lauda (sağda) və Berni Ekklstoun (solda)

-Bəs Bakıda keçirilən turnir sizdə necə təəsürat yaratdı?

- Möhtəşəm təəsürat. Həm təşkilat, həm də insanların qonaqlara davranışı xoşuma gəldi. Axşamlar, isti düşdükdən sonra, Bakıda gəzintiyə çıxırdır. Sözüm yoxdur – şəhər inanılmaz dərəcədə gözəldir. Şəxsən mənim ən xoşuma gələn sahilyanı bulvar oldu.

 İdman tədbirinin uğurlu olması üçün 3 amil üst-üstə düşməlidir: 1) turnirin yüksək statusu 2) iştirakçıarın ulduz heyəti 3) tədbirin təşkilinin səviyyəsi.

Tam məsuliyyətlə demək istərdim ki, sadaladığım amillər Bakıda var idi: 1) Yarışlar prestijli idi – Avropa Qran-prisi idi 2) Yarışa qatılan pilotlar yaxşıların yaxşıları idi 3) Təşkilat səviyəsinə gəldikdə is, hər şey əla idi.

Qran-prinin uğurlu olmasında əsas rollardan birini yerli insanların qonaqpərvərliyi oynadı. Bakının əhalisi çox yaxşıdır, gülərüzdür. Çətin ki hansısa idmançı və ya azarkeş pis qəbul olunduğu yerə bir də qayıtsın.

-Bir sözlə, siz Bakıya yenə qayıtmaq istərdiniz.

- Bəli, niyə də yox.

- Yarışdan əvvəl bir neçə pilot trasın təhlükəsizliyi haqda fikirlərini bildirmişdilər. Deyirdilər ki, enişlərin olmaması narahatlıq doğurur. Lakin hər şey qəzasız ötüşdü. Belə çıxır ki, onlar yanılırdılar.

- Mən, ömrümün böyük hissəsini yarışlara həsr etdiyim üçün piltoların fikrini qulaqardına vurmuram, hətta bu gün, 67 yaşımda, özümü pilot hiss edirəm.

Və, yolun lazımi səviyyədə təhlükəsizliyinin təmil edilməməsinin hansı ağır nəticələrə gətirib çıxardığını hamıdan yaxşı bilirəm (qeyd. 1976-ci ildə Almaniya Qran-prisində Niki Laudanın bolidi alovlanmışdı, stüartların qeyri-professional hərəktləri isə idmançının dəhşətli yanıqlar almasına gətirib çıxarmışdı).

Formulada hər şeyi saniyələr həll edir...

Problemli hissələrə gəldikdə isə, heç bir pilot qəbul edən tərəfi günahlandırmırdı. Çünki Bakı mərhələsinin iştirakçıları yüksəksəviyyəli professionallardır. Və onlar bilirlər ki, yarışın təşkili və marşurutun seçimi ilə Formula-1 nümayəndələri və Beynəlxalq Avtoidman Federasiyası (BAF) məşğul olur. Və bu həmişə belə olub.

Qalan detallarla bağlı onu deyərdim ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirib. Bu möhtəşəm mərhələ idi, və Biz Bakını xoş əhval ilə tərk edirik.

1news.az

Paylaş:
2248

Son xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53
Bütün xəbərlər