Rasim Musabəyov: “Qarabağa kimin səfər edəcəyinə ermənilər və ya onların separatçı rejimi yox, Azərbaycan qərar verir” | 1news.az | Xəbərlər
Müsahibə

Rasim Musabəyov: “Qarabağa kimin səfər edəcəyinə ermənilər və ya onların separatçı rejimi yox, Azərbaycan qərar verir”

17:47 - 29 / 06 / 2016
Rasim Musabəyov: “Qarabağa kimin səfər edəcəyinə ermənilər və ya onların separatçı rejimi yox, Azərbaycan qərar verir”

1news.az-ın Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla müsahibəsi:

- İyunun 25-i hərbçilərlə görüşdə Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan dəfələrlə sülh prosesini pozub və hal-hazırda bunun acısıı çəkir. Dövlət başçısının fikrinə görə, aprel hadisələri Ermənistana artan təzyiqin səbəbindən sülh prosesini növbəti dəfə pozmaq cəhdi oldu. Hal-hazırda sülh prosesindən nə və Ermənistandan nə gözləmək olar?

- Ermənistan özbaşına buraxılsa və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində tərslik etməyə davam etsə, müharibə gözləməlidir.

Lakin, əgər Ermənistana himayəçilik edən dövlətlər, ona aydın şəkildə başa salsalar ki, heç kim Ermənistanın əvəzinə Azərbaycanla müharibə etməyəcək, bu sülh üçün yol aça bilər.

- Prezident münaqişənin həll yolunu göstərdi. Burada iki əsas amil – Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı (yəni ən yaxşı halda DQ-a Azərbaycanın tərkibində muxtariyyat verilə bilər) və münaqişənin mərhələli şəkildi həll edilməsi. İlham Əliyev beynəlxalq vasitəçilərin xüsusi rol oynamalı olduğunu vurğulayıb. Onlardan belə qəti addım gözləmək olarmı? Onlar münaqişənin “dondurulması” cəhdlərinin və onun partlama təhlükəsinin nə qədər ciddi olduğunu anlayırlarmı?

- Elə suallar var ki, onlara ehtimal və ya nəzəri cəhətdən cavab vermək mümkün deyil. Bunu gələcək göstərəcək. Sadəcə qeyd etmək istərdim ki, gərək Ermənistanı ayıldalar. Bu yazıq, kasıb dövlətdir və onun bu ağlasığmaz iştahası xaricdən qidalanır.

Əgər onun davranışı çərçivəyə alınsa, demək ki, münaqişənin həllində proqress olacaq. Əks təqdirdə, Azərbaycan bunu özü etməli olacaq. Və təsadüf deyil ki, Prezident İlham Əliyev bunu hərbçilərlə görüşdə səsləndirib.

- Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, “ermənilər irəli sürdüyü şərtlər qəbul olunmayıb, çünki heç kim Azərbaycana şərt qoya bilməz”. Bundan əlavə, Prezident danışıqların imitasiyasının yolverilməzliyini bildirib.

- Ermənilər istəyirdilər ki, danışıq prosesini həmişə onlar tərəfindən qaldırılan və münaqişənin həlli xaricində olan məsələlərlə bağlasınlar, hazırki status-kvonu konservasiya etsinlər. Bu həm araşdırma mezanizmləri, həm də sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı idi.

Guya ki, bunlar olandan sonra, Ermənistan məzmunlu danışıqlara başlayacaqdı.

Onlara başa saldılar ki, bunun heç biri olmayacaq, mahiyyət üzrə danışıqlar aparmaq lazımdır, və sadəcə ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndələrinin sayının artırılması ilə yetinmək olar.

- Bununla birgə, dövlət başçısı Ermənistanın prezidenti Serj Sarqsyanla keçirilən hər iki görüşün nəticələri ilə bağlı məmnunluq ifadə edib. Prezident İlham Əliyev məhz nəyi müsbət qiymətləndirib? Sohbət nədən qedə bilər?

- Görünür erməniləri başa salıblar ki, hər bir halda münaqişənin həlli Ermənistanın silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasından başlamalıdır. Düşünürəm ki, bu məsələdə söhbət Azərbaycanın tələbindən və həmsədrlərin, ilk növbədə isə Rusiyanın, bunu anlamasından gedir.

- Prezident insidentlərin izlənilməsilə bağlı qondarma mexanizmi münaiqşənin nizamalanması prosesini uzatmaqla bağlı növbəti hiylə kimi qiymətlənidirib. Bununla belə o, xüsusi olaraq qeyd edib ki, bu cür mexanizmlər təcrübədə yoxdur. İlham Əliyev həmçinin qeyd edib ki, təmas xəttinində sakitlik hiss olunur, bu da hazırki mexanizmə tələbatının olmamasını göstərir.

- Əgər tərəflərin iradəsi olmazsa, müşahidəçilər qoşunların təmas xəttində atəşkəs rejiminə riayət olunması üçün heç bir araşdırma mexanizmini təmin edə bilməz. Ukraynanın şərqində minlərlə qərbli müşahidəçi var, lakin bununla belə, orada artilleriya hücumları davam edir.

Ermənistan araşdırma mexanizminin tətbiqi məsələsini qaldırmaqla danışıqlar prosesini kənara çəkməyə çalışır. O BMT Təhlükəsizlik Şurasının ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında çıxarılması ilə bağlı qətnamələrə riayət etmək istəmir, eləcə də mövcud status-kvonu saxlamağa çalışır.

Azərbaycan bunu dəfələrlə deyib və Sankt-Peterburq görüşündə də bir daha qeyd etdu ki, status-kvo qəbuledilməzdir. Bu məsələdə Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrlərinin fikri üst-üstə düşür. Bunu beynəlxalq təşkilatların müvafiq qətnamələri də tələb edir.

-  Preizdent İlham Əliyev çıxışında ermənilərin beynəlxalq hüquq prinsiplərini təhrif etdiklərini bildirib. Onun sözlərinə görə, ərazilərin bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyinetmədən üstündür...

- Beynəlxalq hüquq – bu, dövlət hüququdur. Ərazilərin bütövlüyü istənilən dövlət üçün vacib atributlardandır.

Qeyd etmək olar ki, ərazilərin bütövlüyü öz müəqəddəratını təyinetmədən daha üstündür. Ermənilər buna hər zaman ilişirlər. Yeri gəlmişkən, ermənilər bir dəfə özünütəyin ediblər. Əgər öz müəqəddəratını təyinetmə hər yerdə həyata keçərsə, o zaman dünyada stabil məkan qalmaz.

- Ermənilər hər zamankı kimi, status-kvonun saxlanılması üçün təxribat edərlərmi?

- Təxribatla onlar heç nəyə nail ola bilməyəcək, əvəzində müharibə əldə edəcəklər. Ermənilər tərəfindən təxribat vəziyyəti daha da mürəkkəbləşdirəcək. Artıq Azərbaycan ermənilərin işğal olunmuş ərazilərdən çıxarmaq üçün kifayər qədər güclüdür.

- Bir sıra KİV-in yaydığı məlumat görə, Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək niyyətindədir. Bu, münaqişənin nizamlanması məsləsinə nə cürsə təsir edə bilərmi?

- Almaniyanın XİN rəhbəri Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa addım ata bilməz. Təkrar etmək istəyirəm ki, Ermənistanın insidentlərin araşdırlması ilə bağlı irəli sürdüyü bütün tələblər, monitorinqlər həqiqətdə Azərbaycan ərazilərinə aiddir. Oraya gələnlərin nə edib-etməyəcəyini Azərbaycan qərar verə bilər, Ermənistan, eləcə də onların Qarabağda qondarma  rejimi deyil.

İyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə üçtərəfli görüşü baş tutdu. Görüş danışıqlar prosesinin intensivləşdirilməsi, eləcə də Ermənistanın bu status-kvonu saxlamaq imkanına malik olmadığı sübut etdi.

Aprelin əvvəlində Azərbaycan SQ-nin qərarlı fəaliyyəti nəticəsində bir sıra strateji əhəmiyyətli ərazilər erməni işğalından azad edildi. Əgər İrəvan təxribatları dayandırmazsa və danışıqlar masasına əyləşərək hadisələri ölü nöqtədən irəlilətməzsə, bu, bütün dünyaya müharibə riskinin yeni dalğasını nümayiş etdirə bilər. 

Yekunda məlum oldu ki, Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan danışıqlar prosesinə əlavə təkan verərək, eləcə də təmas xəttində ATƏT-in müşahidəçilərinin sayını artmağa razılaşdılar.

1news.az

Paylaş:
1473

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər