Novruz Məmmədov: “Ermənilərin törətdikləri təxribatlardan sonra dünya gördü ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: “Ermənilərin törətdikləri təxribatlardan sonra dünya gördü ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil – VİDEO

11:31 - 04 / 07 / 2016
Novruz Məmmədov: “Ermənilərin törətdikləri təxribatlardan sonra dünya gördü ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil – VİDEO

“Ermənilərin törətdikləri təxribatlardan sonra dünya gördü ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil”.

Bu haqda Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS telekanalının “Hesabat” proqramına müsahibəsində deyib.

N.Məmmədovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında son dövrlərdə qeydə alınan canlanmanın bir neçə səbəbi var:

“Çoxları belə bir fikir formalaşdırmaq istəyirlər ki, guya Dağlıq Qarabağ dondurulmuş münaqişədir. Lakin son hadisələr zamanı ermənilərin törətdikləri təxribatlarla bağlı dünya gördü ki, bu münaqişə heç də dondurulmuş deyil və birdən-birə alışıb yana bilər”.

Qeyd etmək lazımdır ki, aprelin əvvəlində Azərbaycan SQ ermənilərin təxribatına cavab olaraq uğurlu hərbi əməliyyat həyata keçirdi və bir sıra strateji cəhətdən əhəməiyyətli yüksəklikləri işğaldan azad etdi.

Mövzu ilə əlaqədar oxuyun:

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaşayış məntəqələrinə və mülki əhaliyə ciddi ziyan dəyib – FOTO

N.Məmmədov qeyd edib ki, bundan əlavə, Azərbaycan Prezidentinin müxtəlif ölkələrə - Avropa İttifaqı, ABŞ, Rusiya, Türkiyə, İran kimi mühüm ölkələrə münasibətdə apardığı siyasət, həmin ölkələrə səfərləri, aparılan daşınıqlar və bu səfərlər zamanı əldə olunan nəticələr ümumi bir mövqeyə - artıq, demək olar, 25 ildir davam edən münaqişənin həlli vaxtının gəlib çatdığı mövqeyinə gətirib çıxartdı:

“Buna görə də bu münaqişənin həllinə bu gün çox böyük diqqət var. Aprel hadisələrindən sonra ABŞ-ın təşəbbüsü ilə Vyana görüşü keçirildi, eyni zamanda müxtəlif görüşlərdə həm Rusiya, həm də Fransa tərəfi münaqişənin nizamlanması ilə bağlı danışıqlara başlamağın, yeni bir mərhələyə qədəm qoymağın vacib olduğunu qeyd etdilər. İndi həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin, həm də həmsədrlərin özlərinin mövqeyinə baxanda görmək olur ki, irəliyə bir addım atmaq niyyəti var”.

İyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə üçtərəfli görüşü baş tutdu. Görüş danışıqlar prosesinin intensivləşdirilməsi, eləcə də Ermənistanın bu status-kvonu saxlamaq imkanına malik olmadığı sübut etdi.

Aprelin əvvəlində Azərbaycan SQ-nin qərarlı fəaliyyəti nəticəsində bir sıra strateji əhəmiyyətli ərazilər erməni işğalından azad edildi. Əgər İrəvan təxribatları dayandırmazsa və danışıqlar masasına əyləşərək hadisələri ölü nöqtədən irəlilətməzsə, bu, bütün dünyaya müharibə riskinin yeni dalğasını nümayiş etdirə bilər. 

Yekunda məlum oldu ki, Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan danışıqlar prosesinə əlavə təkan verərək, eləcə də təmas xəttində ATƏT-in müşahidəçilərinin sayını artmağa razılaşdılar.

Almaniyanın XİN rəhbəri Frank-Valter Ştayenmayerin Bakıya səfərindən danışarkən N.Məmmədov bildirib ki, Almaniya bu məsələdə bir iş görməyə, addım atmağa çalışır:

“Bundan əlavə, Azərbaycan Prezidentinin bir qədər əvvəl Almaniyaya səfəri zamanı bu məsələ Almaniya Kansleri ilə, nümayəndə heyətləri ilə çox geniş şəkildə müzakirə olundu. Azərbaycan Prezidenti orada mövqeyini açıqladı, münaqişənin ədalətli həlli yolunu açıb göstərdi, izah etdi, əsaslandırdı. Düşünürəm, bunun nəticəsi olaraq Almaniyanın xarici işlər naziri bu regiona səfər etdi”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əsas danışıqlar platformasıdır. Lakin həmsədrlərin bütün səylərinə bamayaraq münaqişə 20 ildən artıqdır ki, həll olunmayaraq qalır.

Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycanın 20% ərazisi erməni silahlı qüvvələrinin işğalı altındadır.

Erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi irəli sürülsə də, erməni tərəfi buna məhəl qoymayır.

1news.az

Paylaş:
935

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər