Azərbaycanlı deputat ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə seçilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı deputat ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə seçilib

14:40 - 05 / 07 / 2016
Azərbaycanlı deputat ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə seçilib

İyulun 5-də Tbilisidə ATƏT Parlament Assambleyasının prezidenti və vitse-prezidenti vəzifələrinə seçki keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-dakı nümayəndə heyətimizin üzvü Azay Quliyev səs çoxluğu ilə bu beynəlxalq təşkilatın vitse-prezidenti seçilib.

ATƏT PA-nın prezidenti vəzifəsinə isə Avstriyadan olan deputat Kristin Muttonen seçilib.

Xatırladaq ki, Assambleyanın prezidenti vəzifəsinə Gürcüstan, Fransa və Avstriyadan, vitse-prezidenti vəzifəsinə isə Azərbaycan, Litva, Rumıniya və Portuqaliyadan olan deputatların namizədlikləri irəli sürülmüşdü.

Parlament Assambleyasının 119 üzvü Azay Quliyevin namizədliyinin lehinə səs verib.

Əlavə edək ki, A.Quliyev 2013-cü ildən 2016-cı il iyulun 4-dək ATƏT-in siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini olub.

1news.az

 

Paylaş:
357

Son xəbərlər

Bütün xəbərlər