“Brain Academy”də uşağa qarşı zorakılıq edən müəllim üzr istəyib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Brain Academy”də uşağa qarşı zorakılıq edən müəllim üzr istəyib

1news Redaksiyası17:54 - Bu gün
“Brain Academy”də uşağa qarşı zorakılıq edən müəllim üzr istəyib

“Brain Academy”də 2 yaşlı uşağa qarşı fiziki zorakılıq göstərdiyi iddia olunan müəllim hadisədən sonra üzr istəyib.

1news.az bu barədə Bakues.az-a istinadən xəbər verir. 

Xatırladaq ki, “Brain Academy”nin Bakıxanov filialında 2 yaşlı autizm spektrli uşağa qarşı zorakılıq göstərildiyi iddia olunan görüntülər yayılıb. 

Şikayətçinin təqdim etdiyi təhlükəsizlik kamerası görüntülərində müəssisə əməkdaşının uşağın başına və üzünə zərbələr endirdiyi görünür. Uşağın yaxınları onun psixoloji travma aldığını bildiriblər.

“Brain Academy”dən hadisənin baş verdiyi təsdiqlənib, daxili araşdırma nəticəsində iki əməkdaşa töhmət verildiyi və onların işdən uzaqlaşdırıldığı açıqlanıb.

Daxili İşlər Nazirliyindən isə faktla bağlı cinayət işi başlanıldığı və istintaqın davam etdiyi bildirilib.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər