Azərbaycan Çin ilə günəş və dənizdə külək enerjisi layihələrini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Çin ilə günəş və dənizdə külək enerjisi layihələrini müzakirə edib

1news Redaksiyası15:32 - Bu gün
Azərbaycan Çin ilə günəş və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Azərbaycan və Çin arasında 100 MVt-lıq günəş və 200 MVt-lıq dənizdə külək enerjisi layihələri, Yaşıl Enerji Dəhlizində iştirak imkanları müzakirə edilib.

1news.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, bununla bağlı müzakirələr "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə Forum çərçivəsində "China Datang Overseas Investment" şirkətinin İdarə Heyətinin sədri Zhao Yongli ilə görüşdə aparılıb.

O qeyd edib ki, şirkətin Azərbaycanın yaşıl enerji keçidində iştirakını genişləndirmək və yeni investisiya imkanlarını dəyərləndirmək marağı yüksək qiymətləndirilib.

Paylaş:
36

Son xəbərlər

Bütün xəbərlər