Fransa XİN: Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün formatı, yeri və tarixi ilə bağlı məsləhətləşmələr aparılır | 1news.az | Xəbərlər
Siyasət

Fransa XİN: Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün formatı, yeri və tarixi ilə bağlı məsləhətləşmələr aparılır

16:17 - 05 / 07 / 2016
Fransa XİN: Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün formatı, yeri və tarixi ilə bağlı məsləhətləşmələr aparılır

"Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyronun da qeyd etdiyi kimi, Fransa Dağlıq Qarabağ üzrə görüş təşkil etməyə hazırdır".

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili ilə bağlı bildirilib.

XİN-dən qeyd ediblər ki, görüşün formatı, yeri və tarixinin təyin edilməsinə dair Minsk qrupunun üç həmsədri ilə Azərbaycan və Ermənistan hökumətləri arasında məsləhətləşmələr davam etdirilir.

1news.az

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər