Düşmən atəşkəs rejimini sutka ərzində 14 dəfə pozub | 1news.az | Xəbərlər
Siyasət

Düşmən atəşkəs rejimini sutka ərzində 14 dəfə pozub

13:40 - 06 / 07 / 2016
Düşmən atəşkəs rejimini sutka ərzində 14 dəfə pozub

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

Nazirlikdən 1news.az-a verilən məlumata əsasən, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1news.az

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər