Mübariz Əhmədoğlu: Sarkisyanın Putini növbəti inkarı Ermənistan və Rusiyadakı ermənilər üçün çox baha başa gələ bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Sarkisyanın Putini növbəti inkarı Ermənistan və Rusiyadakı ermənilər üçün çox baha başa gələ bilər

16:25 - 08 / 07 / 2016
Mübariz Əhmədoğlu: Sarkisyanın Putini növbəti inkarı Ermənistan və Rusiyadakı ermənilər üçün çox baha başa gələ bilər

Yerevanda Serj Sarkisyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etməməsi onun Sankt-Peterburq görüşünə münasibətinin göstəricisidir.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etməməsini şərh edərkən deyib:

“Rusiya XİN rəhbəri S.Lavrov KTMT-nin tədbirində iştirak etmək məqsədi ilə Yerevanda oldu. Onun S.Sarkisyanla Sankt-Peterburq görüşündə sonadək razılaşdırılmamış məsələlərin razılaşdırılması da  planlaşdırılmışdı. Sankt-Peterburq görüşü zamanı bəzi məsələlər məxfi saxlanıldığı üçün prezident S.Sarkisyanla Rusiyanın xarici işlər naziri S.Lavrovun görüşü də ikitərəfli və məxfi olmalı idi. Ona görə, KTMT tədbiri çərçivəsində S.Lavrovun KTMT xarici işlər nazirlərinin kollektivi ilə birlikdə S.Sarkisyanla görüşməsini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün  Sankt-Peterburq görüşü kontekstindən əhəmiyyətsiz hesab edirik.

S.Sarkisyan görüşdən imtina etdi. Bəlkə də S.Lavrov-Kələntaryan belə görüşün baş tutmasına ciddi səy göstərmədi. Çünki Sankt-Peterburq görüşünün mahiyyəti Dağlıq Qarabağ münaqişəsinin mərhələli yolla həllini diktə edir. Bu isə təkcə S.Sarkisyan deyil, dünya erməniliyi, o cümlədən də S.Lavrov üçün də ağrılıdır.

Ola bilər, Varşavada NATO sammiti müstəvisində Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ rəhbərliyinin təşkilatçılığı ilə gözlənilən görüşünü S.Sarkisyan S.Lavrovu qəbul etməmək üçün bəhanə hesab edib”.

Siyasətə  təsadüfən gəlmiş S.Sarkisyanın xalq məsuliyyətini daşıya bilən şəxs olmadığını deyən M.Əhmədoğlu onu mağara millətçiliyinin daşıyıcısı adlandırıb:

“S.Sarkisyan erməni xalqının tarixində heç bir rolu olmayan şəxsdir. Hətta onun doğum yeri dəqiq bəlli deyil. Bu Ermənistan SSR-nin Gorus rayonunda, yoxsa Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olub. S.Sərkisyan mağara millətçiliyinin daşıyıcısıdır”.

S.Sarkisyanın qərar qəbul etmək gücündə olmadığını deyən politoloqun sözlərinə görə, Ermənistan prezidentinə hazırda ən yaxşı kömək edən V.Putindir:

“Amma Rusiya erməniliyi də S.Sarkisyana kömək etsəydilər, V.Putinin işi bir az asanlaşardı. Putinin S.Sarkisyana köməkdə işinin asanlaşması Rusiyadakı ermənilər üçün, o cümlədən Ermənistan üçün həyati əhəmiyyətlidir. Rusiya fövqəldövlətdir. Rusiya Cənubu Qafqazda “Ermənistan” adlı dövlətin yaradıcısıdır. Rusiya erməniləri İrandan, Türkiyədən Azərbaycan ərazisinə - Dağlıq Qarabağa köçürən dövlətdir. Zəngəzuru məhz Stalin Ermənistana verdi. Belə tarix Rusiyaya bu regionda yaşayan ermənilərlə hər cür rəftar etməsinə tarixi əsas yaradır.

Ermənistan prezidenti S.Sərkisyanın Rusiya prezidenti V.Putini inkar etməsinin sayı 3-ə çatdı. S.Sarkisyan artıq Putini bezdirir. Putin S.Sarkisyanın Dağlıq Qarabağ tənzimlənməsindəki oynadığı rola şübhə ilə yanaşa bilər.

S.Sarkisyanın RF prezidenti V.Putini 3-cü inkarı Ermənistan dövləti, eləcə də Rusiyadakı ermənilər üçün çox baha başa gələ bilər”.

1news.az

Paylaş:
529

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər