Elmar Qasımov: “Bakı Ali Neft Məktəbi dünyanın ən yaxşı ali təhsil ocaqları arasına düşmək üçün mübarizə aparacaq” - FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Elmar Qasımov: “Bakı Ali Neft Məktəbi dünyanın ən yaxşı ali təhsil ocaqları arasına düşmək üçün mübarizə aparacaq” - FOTO

16:12 - 12 / 07 / 2016
Elmar Qasımov: “Bakı Ali Neft Məktəbi dünyanın ən yaxşı ali təhsil ocaqları arasına düşmək üçün mübarizə aparacaq” - FOTO

Biz SOCAR şirkəti haqda danışanda, qayda olaraq, neftlə assosiasiya yaranır ki, bu da kifayət qədər anlaşılandır.

Bundan əlavə, futbol azarkeşlərində məhz bu idman növü ilə bağlı assosiasiya yaranır, çünki Dövlət Neft Şirkəti çoxdandır ki həm AFFA-nın, həm də milli yığmanın sponsoru qismində çıxış edir.

Avro-2016-dan sonra bu təəsüratlar daha da gücləndi. Buna səbəb SOCAR-ın bannerlərinin çempionat boyu Fransa stadionlarında gözə çarpması olub.

Bu reklam kampaniyası sayəsində şirkət xarici bazarlarda yanacağın pərakəndə satışının həcmini 30% artırmağa və gələcəkdə yeni məhsulların satışı üçün şərait yaratmağa nail olub.

Qeyd etmək lazımdır, SOCAR gənc nəsili dəstəkləyən və sərmayələşdirən nadir Azərbaycan şirkətlərindən biridir.

Bu hamının təqib etməli olduğu gözəl bir göstəricidir.

1news.az-a müsahibəsində şirkətin prezidenti Rövnəq Abdullayev vurğulamışdı ki, bu gün SOCAR, idarəetməyə müasir baxışlarla yanaşan qlobal brendə çevrilmə dönəmini yaşayır.

Bununla birgə, R.Abdullayev əsası gənc istedadların dəstəyi ilə bağlı olan sosial məhsuliyyətə diqqət yetirib:

“Bilirisiniz ki, biz, sosial məhsuliyyətə xüsusi diqqət yetirən bir şirkət kimi, daima müxtəlif sahələrdə - istər idmanda, istər təhsildə və ya yaradıcılıqda,  istedadlı gəncləri dəstəkləməyə çalışırıq. Artıq uzun illərdir ki, biz bunun üçün həm ölkəmizdə, həm də xaricdə stipendiya ayırırıq.

Misal qismində, Bakı istedaların təhsil kompleksi, Bakıda Fransız liseyi, Bakı Ali Neft Məktəbi, SOCAR-ın yay məktəbi kimi layihələrə, həmçinin xaricdə təhsil almaq üçün stipendiyalara,  və məqsədi konfrans, vorkşop, seminar və s. tədbirlərin keçirilməsi yolu ilə Azərbaycan və Avropa arasında münasibətlərin inkişafına dəstək ola biləcək istedadlı gənclərin birləşməsi olan “Azərbaycanlı tələbələrin şəbəkəsi” müstəqil qeyri-hökümət təşkilatına dəstəyi qeyd etmək istərdim”.

Bakı Ali Neft Məktəbi (BANM) SOCAR-ın nəinki sıfırdan təsis etdiyi, həmçinin ölkənin xaricində layiqli kadrlar yetiştirərək, sonra isə onlardan ən yaxşılarını öz şirkətində işlə təmin etmək kimi konkret məqsəd daşıyan aparıcı təhsil layihəsidir.

1news.az-ın növbəti qonağı BANM-ın rektoru Eımar Qasımov olub.

Rektorla biz ötən il 677 bal yığaraq BANM-a daxil olan tələbə Fidan Quliyevanın qəbulu zamanı görüşdük.

 Gəncədə biologiya üzrə olimpiadanın qalibi olan Fidan, İELTS imthanları çərçivəsində ən yüksək göstərcilirdən biri kimi sayılan 8,5 bal yığaraq növbəti uğura imza atıb.Rektor tələbəni bu nailiyyətlə bağlı təbrik edərək, ona biliklərini daha da artırmağı arzulayıb.

- Siz indicə qəbul imtahanlarında 677 bal yığmış tələbə ilə görüşdünüz. Belə istedadları gəncləri tez-tez təhsil ocağına cəlb etmək olurmu?

- BANM-ın yarandığı gündən azərbaycanlı abituriyentlər bizim ali təhsil ocağında oxumağa böyük maraq göstərməyə başladılar. Bu bizim üçün gözlənilməz oldu. Əlbəttə ki, burada SOCAR-ın nüfuzu rol oynayır, çünki BANM şirkətin nəzdində yaranıb. Yarandığı günən Ali Məktəb Azərbaycanın ali təhsil ocaqları arasında keçid balları üzrə liderdir.

Orta hesabla ildə 120 tələbə qəbul edirik, ötən il keçid balı 660 idi. Qəbul bizdə ancaq 1-ci qrup üzrə keçirilir. Ötən il BANM-ə qəbul olan tələbələrdən 17-si prezident təqaüdçüsü oldular. Təsəvvür edin ki, ölkə üzrə 1-ci qrup üzrə prezident təqaüdçülərinin sayı 25 idi. Prezident təqaüdçülərinin sayı üzə biz ilk üçlükdə, 1-ci qrup üzə isə ümumiyyətlə liderik.

Hər il BANM keçid balının artması, Ali Məktəbin nüfuzunun və imicinin artmasının göstəricisidir. Azərbaycan vətəndaşları üçün təhsil bizdə pulsuzdur və SOCAR tərəfindən maliyyələşdirilir.

Birinci il tələbələrimiz ingilis dili və informatika öyrənirlər, sonra is 4 il ixtisasları üzrə təhsil alırlar.Tələbələr ixtisasları üzrə dərslərə yalnız İELTS imtahanlarında 6 bal yığdıqdan sonra keçirlər.

- Bakı Ali Neft Məktəbi nə vaxt və nə məqsədlə yaranıb?

- BANM 2011-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı əsasında yaradılıb.

Bu təhsil ocağının yaradılmasının əsas məqsədi – ilk növbədə SOCAR şirkətinin və onun, həmçinin xaricdəki sturkurlarının kadrlara olan tələbatının ödəmək üçün müasir bacarıqlara malik olan professional, yüksəksəviyyəli ingilisdilli kadrların hazırlanmasıdır.

Bildiyiniz kimi, Azərbaycanda bir sıra ali təhsil ocağı fəaliyyət göstərir.

Bizim digər təhsil ocaqlarından əsas fərqimiz təhsilin ingilis dilində tədris edilməsidir. BANM-ın təhsil prosesi Böyük Britaniyanın Heriot-Vatt universitetinin təhsil proqramları əsasında, dərslər isə həmin universitetin kurrikulumları əsasında keçirilir.

Bu imtahanların tərəfdarlarımız olan digər təhsil ocaqlarının professorları tərəfindən qəbul olunan Azərbaycanın yeganə ali təhsil ocağıdır. Tələbələr həm BANM-ın, həm də Heriot-Vatt universitetinin diplomlarını alırlar.

Bizim əsas məqsədimiz Azərbaycan sənayesinin flaqmanı olan SOCAR-ı professional kadrlarla təmin etməkdir.

-Bu gün SOCAR-ın BANM-ı dəstəkdə rolu nədir? Şirkətlə sıx əlaqə məktəbin inkişafına təkan verirmi?

- Qeyd etdiyim kimi, BANM SOCAR-ın nəzdində fəaliyyət göstərir. Şirkətin dünayada nüfuzu və imici bizim təhsil ocağın nüfuzuna da təhsil edir. Şirkət BANM-ın ölkənin və bölgənin ən yaxşı təhsil ocaqlarından birinə çevrilməsində böyük rol oynayır.

Hal-hazırda, bir-neçə aydan sonra istifadəyə veriləcək yeni kampus tikilir. Bu bölgədə, müasir avadanlıqlarla təchiz olunan ən müasir kampuslardan biri olacaq. Onun açılışından sonra biz dünyanın ən yaxşı təhsil ocaqları arasında yer tutmaq üçün mübarizə aparacayıq. Yeni kampusda biz daha çox tələbə qəbul edəcəyik, yeni ixtisaslar da açılacaq.

- Əməkdaşlıq nə qədər effektiv qurulub? Məktəbə şirkətin kadr tələbatına adaptasiya olunur mu?

- Bütün dünyada aparıcı transmilli şirkətlər kadrların hazırlanmasına böyük diqqət və maliyyə ayırır. Bu gün SOCAR transmilli brendə çevrilmə dövrü yaşayır. Şirkət Türkiyə, Rumıniya, Gürcüstan, Yunanıstan və bir sıra digər ölkələrdə sərmayə layihələrinə sahibdir. Şirkətə müvafiq müasir kriteriyalara cavab verən kadrlar lazımdır.

Professional kadrlar olmasa şirkət inkişaf edə bilməyəcək və məhz bunun üçün SOCAR ixtisaslı kadrların hazırlanmasına böyük önəm verir. Qeyd etmək istərdi ki, BANM nəinki SOCAR, həm də bizim tələbələrin onların standart və tələblərinə cavab verdiyi səbəbindən ölkəmizdəki öz təhsil mərkəzini bağlayan bp üçün kadrlar hazırlayır.

Bundan əlavə Azərbaycan dövləti maraqlıdır ki, əcnəbi şirkətlərin, xüsusən də bp-nin əməkdaşları öz vətəndaşları olsun. Biz tələbələri, dünyanın ən yaxşı şirkətlərinin tələblərinə cavab verən, Heriot-Vatt universiteninin standartları əsasında hazırlayırıq. Təsəvvür edin ki, gələcəkdə bizim ölkədəki əcnəbi şirkətin demək olar ki, bütün personalı həmvətənlilərimizdən formalaşacaq.

- BANM-ın tələbələri harada praktika keçirlər?

- Hər il tələbələrimiz SOCAR-ın qurumlarında istehsal praktikası, həmçinin bp, Total, Schlumberger, Emerson, Schneider Electric, Petkim kimi beynəlxalq şirkətlərin sturkturlarında praktika keçirlər.

Bu Azərbaycanın yeganə təhsil ocağıdır ki, harada tələbələr 4 il ərzində istehsal praktikası keçirlər. İldə 2 ay. Təhsili bitirdikdə tələbələr artıq hazır kadr olurlar. Qeyd etmək lazımdır ki, əcnəbi şirkətlər bizim tələbələri öz istehsal qurumlarına cəlb etməyə böyük diqqət ayırırlar.

- SOCAR-ın digər təhsil layihələrini, həmçinin gəncləri dəstəkləməyə yönələn layihələrini necə qiymətləndirirsiniz?

- SOCAR, iri transmilli şirkət kimi, Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır və bir sıra sosial layihələri maliyyələşdirir. Bütün bu layihələr yüksək səviyyədə həyata keçirilir.

- Kadrların hazırlanmasında şirkətə məhz hansı mütəxəssislərin lazım olması hesablanır mı?

- Qəbul planı hazırlanarkən SOCAR-ın yaxın 5-10 ilə tələbləri hesaba alınır. Məsələn, biz əgər bu gün kimya üzrə mütəxəssis hazırlayırıqsa, bilirik ki yaxın illərdə  istismara SOCAR-ın yeni sənaye müəsissələri veriləcək və bu müəsissələrə yüzlərlə mühəndis lazım olacaq.

Bizim qəbul planı SOCAR və başqa şirkətlərin tələbləri əsasında hazırlanır.

- Aparıcı əcnəbi təhsil ocaqları ilə əməkdaşlığın qurulması üzrə iş necə aparılır?

- Biz Almaniyanın Uniper şirkəti ilə əlaqələr yaratmışıq, həmçinin bərpaolunan enerji mənbələri sahəsində Almaniyanın Ahen universiteti ilə əməkdaşlıq edirik. Xüsusi ilə qeyd etmək istərdim ki, BANM-da təhsillə birgə araşdırmalara çox böyük önəm verilir.

Bundan əlavə, birgə magistr proqramını hazırladığımız Hyuston universiteti ilə sıx əməkdaşlıq formalaşdırmışıq.

- BANM-da oxumaq istəyən əcnəbi tələbələr hansı kriteriyalara cavab verməlidirlər? Unutmayaq ki, yaxın keçmişdə Bakıda müxtəlif ölkələrdən gələcək neftçilər təhsil alırdılar.

- Bizdə Azərbaycan vətəndaşları üçün təhsil pulsuzdur, lakin əcnəbilər üçün pulludur və ildə 5 min manat təşkil edir. Bu ildən əcnəbi abituriyentlərin ərizələrin qəbulu başlayıb və artıq müraciətlər var. Qəbul üçün müəyyən standartlar var.  Tələbə İELTS imtahanında 6 bal yığmalıdır, və həmçinin fizika, kimya və riyaziyyatda yüksək biliklərə sahib olmalıdır. Bütün tələblər bundan ibarətdir.

1news.az

Paylaş:
4571

Son xəbərlər

SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54
Bütün xəbərlər