Mübariz Əhmədoğlu: “Uorlikin son iki açıqlaması açıq-aşkar Sarkisyanın xilasına yönəlmişdi” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Uorlikin son iki açıqlaması açıq-aşkar Sarkisyanın xilasına yönəlmişdi”

17:07 - 01 / 08 / 2016
Mübariz Əhmədoğlu: “Uorlikin son iki açıqlaması açıq-aşkar Sarkisyanın xilasına yönəlmişdi”

Vyana və Sankt-Peterburqda keçirilən görüşlər 4 günlük aprel müharibəsinin danışıqlar prosesinə vurduğu zərəri aradan qaldırmağa yönəlib.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamasını şərh edərkən deyib:

“Tərəflərin monitorinq missiyasının müşahidəçilərinin sayının artırılması ilə bağlı razılığa gəlməsi bəlli məsələdir. Say 6-dan 15-dək artırılır. Bu barədə Azərbaycan Prezidentinin bəyanatı var. Uorlikin bunu xüsusi olaraq yada salması diqqəti çəkir. Amma diqqət çəkən məsələ onun ikinci açıqlamasındadır. Guya prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri nisbi sabitlik əldə olunmasına və gərginliyin azalmasına xidmət edib. Əslində bu Ermənistanın rəsmi mövqeyidir.

Ermənistan hesab edir ki, Dağlıq Qarabağ üzrə danışıqlar başlamayıb. Vyana və Sankt-Peterburqda keçirilən görüşlər 4 günlük aprel müharibəsinin danışıqlar prosesinə vurduğu zərəri aradan qaldırmağa yönəlib. Ermənistanın danışıqlar prosesinin bərpası üçün şərtləri var. Yalnız bu şərtlər icra olunduqdan sonra Ermənistan danışıqlara başlayacaq”.

Azərbaycan və Rusiyanın danışıqlarda konkret razılaşmalardan və bu kiçik ümid yaradan konkret razılaşmaların qorunmasından danışdıqlarını deyən politoloqun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar bunu aydın göstərir. Dağlıq Qarabağ üzrə danışıqlar başlayıb, proseslər gedir, mərhələli həll üzrə konkret məsələlər razılaşdırılır. Uorlik isə bunları görmür. Bəlkə də görür, amma inkar edir.

Uorlikin ikinci açıqlamasının onun daha bir keyfiyyətini üzə çıxartdığını deyən M.Əhmədoğlu amerikalı həmsədri falçı adlandırıb:

“Bu adam həm də falçı imiş. Yaxınlarda tərəflərin yüksək çinli nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək, bu görüşdən sonra prezidentlər görüşəcəklər. Prezidentlərin görüşü danışıqlara başlamaq üçün lazım olan bütün şəraiti yaradacaq. Yalnız prezidentlərin bundan sonrakı görüşü danışıqların başlanğıcı hesab edilə bilər. Uorlik daxil olmaqla həmsədrlər Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini görüşdürə bilmirlər. Bu Uorlik prezidentlərin bundan sonrakı iki görüşünün təfərrüatını açıqlayır.

Həm də daha bir görüşdə bütün tərəflərin yüksək çinli rəsmilərinin iştirakı ilə baş tutmalıdır. Burada “bütün tərəflər” sözü ikibaşlıdır. Yəni, Uorlik Dağlıq Qarabağa da eyham vurur. Uorlikin ikinci açıqlaması hətta ABŞ-ın Ermənistandakı səfirinin Dağlıq Qarabağ tənzimlənməsi üzrə son açıqlamasına  ziddir. R.Millz avqust ayında V.Putinin yenidən Azərbaycan və Ermənistan prezidentlərini görüşdürəcəyini bildirdi”.

Politoloq bildirib ki, Uorlikin son bəyanatları Ermənistandakı son xaosda S.Sarkisyana dəstək vermək məqsədi daşıyırdı. Amma indi Ermənistanda yaranmış vəziyyətə təkcə S.Sarkisyan deyil, Uorlik və Uorlik kimilər də məsuliyyət daşıyır:

“Uorlik vaxtında tədricən Dağlıq Qarabağ tənzimlənməsindəki həqiqətləri Ermənistan ictimaiyyətinə çatdırsaydı, indi belə vəziyyət yaranmazdı. Ona görə, Uorlikin məqsədi Dağlıq Qarabağ münaqişəsini tənzimləmək deyil. Dağlıq Qarabağ tənzimlənməsində öz korporativ maraqlarını təmin etməkdir. Uorlik S.Sarkisyana dəstək verməklə buna nail olur. Hər halda ABŞ dövlət katibi C.Kerri vəzifəcə amerikalı həmsədr Uorlikdən böyükdür. Kerri Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın lider rolunu tanıdı. Amma heç Ermənistanda da Uorlikin bəyanatlarını saya salmadılar”.

1news.az

 

Paylaş:
597

Son xəbərlər

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26
Bütün xəbərlər