“Automechanika Baku 2027” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Automechanika Baku 2027” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirildi – FOTO

15:13 - Bu gün
“Automechanika Baku 2027” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirildi – FOTO

28 oktyabr tarixində “Hilton Baku” otelində Azərbaycanda ilk dəfə olaraq təşkil ediləcək “Automechanika Baku” sərgisinə həsr olumuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında kütləvi informasiya vasitələrinin, Azərbaycan Avtomobil Federasiyasının, "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" nümayəndələri, “Automechanika” brendinin yaradıcısı olan məşhur “Messe Frankfurt Exhibition GmbH” şirkətinin vitse-prezidenti, “Business Media Central Asia” şirkətinin rəhbəri, eləcə də sərginin təşkilatçıları iştirak edib.

Konfransda Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Fərid Məmmədov, “Messe Frankfurt Exhibition GmbH” şirkətinin İstehlak Malları, Avtomobil və Tekstil Sərgiləri və Satışları üzrə vitse-prezidenti Stephan Kurzawski, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Əyyub Əliyev və “Tajsir Expo” şirkətinin direktoru Orxan Əhmədov çıxış edib. Onlar sərgi haqqında ətraflı məlumat təqdim edərək, jurnalistlərin suallarını cavablandırıblar.

“Automechanika Baku” sərgisi 3–5 mart 2027-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgi beynəlxalq sərgi təşkilatçısı “Tajsir Expo” şirkəti tərəfindən Almaniyanın “Messe Frankfurt Exhibition GmbH” şirkəti ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Avtomobil Federasiyasının rəsmi dəstəyi ilə təşkil ediləcəkdir. Eyni zamanda sərgiyə Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) dəstək göstərir.

Sərgi ilə bağlı yenilənən məlumatlar https://automechanika.az/ saytında təqdim ediləcək.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər