Şəhid Mübariz Şahmurovun nəşinin qalıqları Keşlədə dəfn olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid Mübariz Şahmurovun nəşinin qalıqları Keşlədə dəfn olunub

13:14 - Bu gün
Şəhid Mübariz Şahmurovun nəşinin qalıqları Keşlədə dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Şahmurov Mübariz Ağahüseyn oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu gün şəhidlə ailəsinin yaşadığı Bakının Nərimanov rayonu Atatürk prospektində evdə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Mübariz Şahmurov 1963-cü ildə Sabirabd rayonunun Navdan kəndində anadan olub. 26 fevral 1992-ci ildə Xocalı şəhərində itkin düşüb.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər