Bolt Business və “Fairmont Baku” Oteli Bakıda qonaqlara Tesla elektrik avtomobilləri ilə rahat səyahət imkanı təqdim edir - FOTO
Bolt və “Fairmont Baku” Oteli arasında qurulan əməkdaşlıq çərçivəsində paytaxtımızda yerləşən “Fairmont Baku” Otel-in qonaqları üçün taksi sifarişi prosesi daha sürətli, rahat və müasir şəkildə həyata keçirilir.
Tesla elektrik avtomobillərinin istifadəsi qonaqlara yüksək səviyyəli, lüks xidmət təqdim etməklə yanaşı, ətraf mühitin qorunmasına da əhəmiyyətli töhfə verir.
Bu təşəbbüs, “Fairmont Baku” Otelinin uzunmüddətli dayanıqlılıq məqsədləri ilə tam uyğunluq təşkil edir. Otel, karbon emissiyalarının azaldılması, ətraf mühitə və cəmiyyətə təsirin minimuma endirilməsi, eləcə də davamlı təcrübələrin gündəlik əməliyyatlara inteqrasiya olunması istiqamətində ardıcıl addımlar atır. İstifadəyə verilən elektrik avtomobilləri bu yanaşmanın real nümunəsidir və otelin yaşıl gələcəyə dair öhdəliyini bir daha nümayiş etdirir.
Bolt Business bu əməkdaşlıq vasitəsilə otellərə qonaq təcrübəsini zənginləşdirmək, sifariş prosesini optimallaşdırmaq və əlavə dəyər yaradan yüksək keyfiyyətli xidmət təqdim etmək imkanı verir. Xidmətlər Bolt Business-in Ride Booker sistemi üzərindən təmin olunur və 24/7 fəaliyyət göstərən xüsusi elektrik avtomobil parkı tərəfindən dəstəklənir. Sifarişlər Bolt platforması üzərindən müstəqil tərəfdaş sürücülər tərəfindən icra olunur.
Razılaşmaya əsasən, otel qonaqlarının istifadəsi üçün 14-ə qədər elektrik avtomobili (Tesla və digər ECO modellər) ayrılıb. Sifarişləri ya otel əməkdaşları qonaqların adından, ya da qonaqlar öz Bolt tətbiqlərində yaradılmış xüsusi Business kateqoriyası vasitəsilə edə bilirlər. Ödəniş isə sürücüyə nağd və ya kartla həyata keçirilir.
Bolt Business xidmətləri şirkətin əsas missiyasının – “şəhərləri avtomobillər üçün yox, insanlar üçün yaratmaq” – daha bir addımıdır. Bu məqsədlə elektrik avtomobillərinin istifadəsi şəhərlərin daha yaşıl, ekoloji cəhətdən təmiz və insanlar üçün daha əlçatan olmasına xidmət edir.
Bolt Business Satış departamentinin Azərbaycan, Paraqvay, Tailand və İsveçrə üzrə regional meneceri Andre de La Torre bildirib:
“Biz otel sektorunun Bolt Business-ə göstərdiyi maraqdan məmnunuq. “Fairmont Baku” Otel ilə əməkdaşlıq biznes səyahət həllərimizi nümayiş etdirir, otel əməkdaşlarının işini asanlaşdırır və onların diqqətini qonaqların ehtiyaclarına yönəltməsinə imkan yaradır. Bolt Business xidmətləri şirkətin əsas missiyasının – ‘şəhərləri avtomobillər üçün yox, insanlar üçün yaratmaq’ – bir hissəsidir və elektrik avtomobillərinin istifadəsi şəhərlərdə daha təmiz, yaşıl və insanlar üçün daha əlçatan mühitin formalaşmasına xidmət edir”.
Reklam hüququnda












