Moskvadan baxış: Tramp yoxsa Klinton – postsovet dövlətləri üçün hansı “uyğundur”?
ABŞ-da prezident seçkiləri sona yaxınlaşır. Bununla belə, amerikalılar özlərinəməxsus fitnə-fəsadı, stereotipləri sındırmaq bacarığını saxlayaq təəccübləndirirlər.
Əgər ötəndəfəki seçkilərdə 300 milyonluq əhalisi olan ABŞ prezident olaraq afro-amerikalını seçmişdisə, budəfəki seçkilərdə Ağ Evə sahibəlik edəcək dövlət qulluğunda böyük təcrübəyə malik (Demokratlar partiyasından) və olduqca qalmaqallı nüfuza malik təcrübəsiz (Respublikaçılar partiyasından) qadın namizədi irəli sürüblər.
Respublikaçıların işi
Xatırladaq ki, hazırki prezident seçkilərinə respublikaçılardan namizədlər arasında uzun müddət favorit olan Ceb Buş – Amerikanın sabiq prezidentlərinin oğlu və qardaşı hesab edilib. O, digər namizədləri arasında öz seçkiqabağı kampaniyasının fonduna daha çox məbləğ – 120 milyon dollar toplaya bilmişdi. Daha sonra isə Respublikaçılar partiyasından olan və namizədlər arasında daha çox populyarlıq qazanan milyonçu Donald Tramp oldu. Tramp öz opponentləri arasında kəskin ifadələri və rüsvayçılığı ilə fərqlənir.
Qısa arayış: 70 yaşlı Donald Con Tramp – amerikalı bisnesmen və siyasi xadim, Respublikaçılar partiyasının üzvü, mediamaqnat, Trump Organization şirkətinin prezidenti, Trump Entertainment Resorts şirkətinin təsisçisi, mərc oyunları və otel biznesində ixtisaslaşan, ekstravaqant həyat tərzi ilə seçilən, eləcə də kəskin ifadəli sözləri ilə məşhurdur.
Donald Tramp vaşinqtonlu siyasətçiləri, eləcə də Demokratlar və Respublikaçılar (özünə məxsus olan) partiyasının rəhbərlərini tənqid edir. Bir çox müşahidəçilərin sözlərinə görə, o, hər kəsdə ağlına gələni söyləyən insan təəssüratını yaradır. Nümunə üçün, ona qeyri-qanuni miqrantlarla bağlı bəyanatları daha çox məşhurluq gətirdi.
Tramp bəyan edib ki, hakimiyyətə gəldiyi təqdirdə ölkəkədəki bütün qeyri-qanuni miqrantları deportasiya edəcək (ABŞ-da onların sayı 11 milyondan artıqdır), sərhədlərdə mühafizəni gücləndirəcək, eləcə də ABŞ-a gələn miqratnlar üçün viza rejimini sərtləşdirəcək.
Bir çox seçicilər Trampın Amerika prezidenti Barak Obamanın ünvanına söylədiyi kəskin çıxışlardan sonra ona dəstək göstərdi. Tramp Obamanı Amerika tarixində “ən pis prezident”, Klintonu isə “ən pis dövlət katibi” adlandırıb. Həm də bunu, Vaşinqtonun Moskva ilə münasibətləri normallaşdırmağa çalışdığı vaxt söyləyib.
Digər tərəfdən Tramp İŞİD-lə mübarizədə daha gərgin siyasəti, eləcə də Rusiyanın mövqeyini dəstəkləyir. Respublikaçı bəyan edib ki, ABŞ prezidenti seçilərsə Rusiya ilə birgə İŞİD-ə qarşı səyləri gücləndirəcək, eyni zamanda Rusiya rəhbərliyi ilə münasibətləri bərpa edəcək.
Demokratlardakı şahin
Eyni zamanda sosial araşdırmaçıların məlumatına görə, 2016-cı ilin iyulun 20-nə qədər Klinton Trampı qabaqlayıb. RealClear Politics sorğu mərkəzi 2016-cı ilin iyulun 20-nə bir neçə mənbədən ortaq göstəricini qeyd edib: Hillari 44%, onun opponentini 41,3% dəstəkləyiblər. Məlum olub ki, seçki kampaniyası ərzində Klinton 200 milyon dollar cəlb edə bilib.
Klinton uğurlu siyasətçi hesab edilir. Məhz o, 2000-ci illərdə Nyu-Yorkdan ilk qadın senator, 2006-cı ildə isə Senata seçilib. Eləcə də, çalışan qadınlar və maliyyə elitası arasında yüksək dəstəyə sahibdir.
Xarici işlər naziri olarkən Klinton ABŞ-la Rusiyanın münasibətlərinin bərpasında fəal iştirak edərək, hər zaman bu məsələyə xüsusi əhəmiyyət verib. Aydındır ki, Klintonun güclü tərəfi – bir neçə on illikləri əhatə edən mötəbər siyasi fəaliyyətindədir.
Lakin “siyasi şahin” dəfələrlə dünyaya vəziyyəti düzgün qiymətləndirməkdə zəifliyini və güc tətbiq etməyin üstünlüyünü dəstəklədiyini nümayiş etdirib. Belə ki, 2003-cü ildə senator ikən İraqa daxil olmağa, 2011-ci ildə isə Liviyaya avia zərbələr endirilməsinə səs verib. Beləliklə, amerikalıların xarici siyasət məsələsində prezident Obamadan fərqli olaraq Klintondan daha ciddi dəlillər gözləyirlər.
Bir sözlə, yaxın zamanlarda Klintonun nüfuzu elektron yazışmalara görə ciddi təhlükə qarşısında idi. Lakin Klintonun manevr etmək bacarığı bu təhlükədən yan qaçaraq Ağ Evə getmək yolunda ciddi maneələri aşmağa imkan verdi.
Hazırda ABŞ İraq, Əfqanıstan, Liviya və Suriyadakı əməliyyatlardan sonra təmkinli xarici siyasət kursu həyata keçirir. Siyasətin dərəcəsinin dəyişməsi Ağ Evdə ölkədə kimin prezident olmasından asılı olacaq.
Ekspert fikri
Qloballaşma və Sosial Hərəkat İnstitutunun Beynəlxalq Siyasət Mərkəzinin rəhbəri, ekspert Mixail Neyjmakovun qiymətləndirməsinə görə, Donald Tramp qələbə qazanacağı təqdirdə tənqid etdiyi Barak Obamanın ilk prezidentliyi müddətində olduğu vəziyyətdə olacaq.
“Sonuncu öz partiyasının nümayəndəliyinə, eləcə də rəqiblərinə qarşı ciddi güzəştlərə getməli oldu. Tramp artıq bu güzəştlərə gedir. Hələ onu fevralda dəstəkləyən Nyu-Cersinin qubernatoru Kris Kristi əvəzinə, Trampla bir çox məsələlərdə fikirləri üst-üstə düşməyən Maykl Peynsin vitse-prezident olması maraqlıdır. Obamanın şəxsi komandası xüsusi deyildi, ona ətrafdan mütəxxəsislər lazım idi. Nəticədə, onun Ağ Evdə olduğu ilk illərdə müdafiə naziri hələ kiçik Buşun zamanında Pentaqona rəhbərlik edən respublikaçıların tərəfdarı Robert Qeyts oldu.
Tramp hələ 2016-cı ilin martında xarici siyasət məsləhətçilərini adlarını qeyd edib. Lakin bir çoxları qeyd edir ki, bu namizədin komandasında bir sıra ölkə və region üzrə səlahiyyətli mütəxəssislərin kəskin qıtlığı var”, - M.Neyjmakov bu fikri 1news.az-a bəyan edib.
Rusiyalı ekpertin fikrincə, Trampın komandasında ona rəğbət bəsləyən respublikaçılar az deyil.
“Belə hadisələr dəfələrlə baş verir. Trapm kimi rüsvayçı namizəd olan zaman seçici qorxur ki, onun seçimi ətraf rərəfindən bəyənilməyəcək. Həqiqətən də hələ 2015-ci ilin dekabrında Morning Consult araşdırma şirkəti qeyd etmişdi: sorğular gizli keçirilən zaman 6%-dən çox respondent Trampa dəstək olub. Beləcə, milyonçu namizədin nəticələri sosioloqların ehtimal etdiklərindən yüksək ola bilər. Bununla yanaşı, vitce-prezidentliyə namizədlikdə hələlik Hillari uğurlu namizəd olaraq öyünə bilər.
Lakin o, Virciniyanı təmsil edir ki, bu ştat seçkilərin gedişatına ciddi təsir göstərə bilər. Keyn ispanca danışır. Bu da Latın Amerikasından olan seçicilərin səs çoxluğu üçün səbəb ola bilər. Nəhəyət ki, bir çox məsələlərdə onun mövqeyi Hillari ilə müqayisədə daha qapalıdır. Misal üçün, Keyn abortlara mənfi yanaşır. Təcrübə göstərir ki, demokratlardan olan namizədə mühafizəkar auditoriyanın dəstəyinə söykənmədən qalib gəlməsi çətindir”, - Neyjmakov hesab edir.
Ekspertin müşahidələrə görə, vitse-prezident olaraq Tramp daha çox səs toplamağa az ümid bəsləyir:
“İndiana ştatının qubernatoru Maykl Pensdir. Burada respublikaçılardan olan namizəd sorğusunun nəticələrinə görə, ciddi dərəcədə liderlik təşkil edir. O, Trampın rüsvayçı obrazını mülayimlik və möhkəmlilik fonunda zəiflədə bilər. Milyonçu namizədin respublikaçılar cəbhəsində dəstəyini möhkəmlədə də bilər. Lakin bu, çətin ki yeni qrup seçicilərinin diqqətini cəlb edə bilsin.
Bir faktor da var ki, bunu unutmaq olmaz. Hər iki əsas namizədlərin öz patiyalaraındaca xoşagəlməz təsirediciləri var. Bir çoxları, misal üçün, senator Ted Kruz kimi açıq-aşkar üsyan edir. Respublikaçıların konvensiyasında o, eynipartiyaçısı olan Trampı rəsmi irəliləmə ilə təbrik etsə də, şəxsən ona qələbə qazanmağı arzu etmədi. “Partiyamızın inandığı prinsiplərin qələbə qazanacağını” söylədi (bu da milyonçunun tərəfdarları arasında narazılıqlara səbəb oldu). Lakin onun partiyasından təxribat edənlərin də sayı çox olacaq. Faktdır ki, Hillarinin cəbhəsində də belələri az deyil. Müəyyən dərəcədə seçkilərin nəticəsini “troyan atları” qərar verə bilər”, - ekspert sözlərinə davam etdi.
Postsovet dövlətlərinə qarşı münasibətdə
Neyjmakovun fikrincə, Hillari Klintonun qələbəyə şansı az deyil, lakin bu imkanlar Donald Trapmda da qorunub saxlanılır:
“Beləliklə, Tramp administrasiyasında öz nümayəndəliyinə qarşı ziddiyətli obrazına baxmayaraq, respublikaçıların qocaman elitası böyük rol oynayacaq. Onlar bu siyasətçinin təşəbbüsünü ciddi surətdə tabelikdə saxlayacaqlar.
Adətən respublikaçılar digər ölkələrdən olan insanların haqları məsələsinə az diqqət göstərirlər. Bu mənada, postsovet ölkələrindən bir çoxları, eləcə də demokratlardan tənqidlərə məruz qalmış Yaxın və Orta Şərq dövlətləri azad nəfəs ala bilərlər. Respublikaçılar enerji lobbisi ilə ciddi surətdə bağlıdırlar. Tramp daşınmaz əmlak və tikinti sahəsində sərvət toplamasına baxmayaraq, dəfələrlə Amerika neftçilərinin maraqlarına uyğun bəyanatlarla çıxış edib.
ABŞ-da bu cür administrasiya ilə Xəzər dənizindəki enerji layihələrinə maraq yüksək olacaq. Bu mənada, Bakı Tramp administarasiyası ilə çalışa biləcək. Rusiya isə ABŞ tərəfindən sanksiyaların müəyyən dərəcədə götürülməsinə ümid edə bilər. Digər tərəfdən Tramp və onun administrasiyasının simasında sərt vasitəçi əldə edə bilər. Unutmayaq ki, bir zamanlar milyonçu namizəd Obamanı Rusiya ilə bir sıra məsələlərin həllində güzəştlər etməsini tənqid edib. Böyük siyasi təcrübəyə sahib Hillari isə öz adminsitrasiyasını formalaşmasında daha rahat olacaq”.
“Azərbaycanda isə Hillari xanımın senator olan zaman “Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı yönəlmiş hadisələr – soyqırımın bariz nümunəsidir” hesab etməsini xatırlasınlar”, - ekspert sözlərinə əlavə etdi.
Analitikin fikrincə, Hillarinin Ağ Evə gəlişindən sonra insan haqları məsələsi müxtəlif ölkələrdə Trampın qələbə qazanmasından daha çox səslənəcək. Moskva və rəsmi Dəməşq üçün o, vasitəçi kimi problemli olacaq, belə ki, praqmatizmdə ondan imtina etmək çətindir.
1news.az