Rusiyalı turistlər İrəvanda nə axtarır? – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Rusiyalı turistlər İrəvanda nə axtarır? – FOTO – VİDEO

17:38 - 04 / 08 / 2016
Rusiyalı turistlər İrəvanda nə axtarır? – FOTO – VİDEO

Həmişə əmin olmuşam ki, hansı ölkələrdə ki, səni görməyə şad deyillər, deməli düşməncəsinə də qarşılamayacaqlar. 

Buna görə də, Lenta.Ru-da dərc edilmiş RoomGuru.ru turist xidmətinin press-relizini əks etdirən məlumat məni çox təəccübləndirdi.

Bu xidmətin ekspertləri reytinq təşkil edib. 2016-cı ilin yanvarın 1-dən iyulun 31-nə qədər qeyd olunmuş otel və mənziləri analiz edərək rusiyalı turistlər üçün keçmiş SSSR-nin ən məşhur şəhərlərini aşkar ediblər.

Belorusun paytaxtı – Minsk şəhərinin bu reyrinqdə birinci yerdə olması heç də təəccüblü deyil. Nəticə etibarilə ruslar öz dövlətlərindən kənarda olduqlarını zərrə qədər də hiss etmirlər. Belə ki, Belorusda rus dili öz doğma dillərindən dəfələrlə çox səslənir. Ümumilikdə, bu ölkədəki əhalinin ruslara münasibəti də dostyanadır. Minskda ərzaqların, eləcə də restoranların qiyməti Moskva, və ya Sankt-Peterburqdakından qat-qat ucuzdur.

Belorusun paytaxtına ruslar orta hesabla 3,5 günlüyünə gəlir və burada oteldə qalmaq üçün sutkasına 2,5 min rubl xərcləyirlər.

Məşhurluğuna görə ikinci yeri – Alamatı (Qazaxıstan) tutur ki, burada qalmaq turistlərə 2,7 min rubla başa gəlir. Daha çox rusların Bakıya gəlməsi sevindiricidir. Onlar burada qalmağa orta hesabla 2,8 min rubl xərcləyirlər. Bu, ən yüksək göstərici deyil.

Nümunə üçün, Qazaxıstanın paytaxtı Astanadakı otellərin qiyməti siyahıdakı bütün şəhərlərin qiymətindən daha bahadır – sutkasına 3,5 min rubl.

Rusiyadan turistlərin Bakıya axını adi gözlə də seçmək olar. Aydındır ki, paytaxtımız coşqun həyat yaşayır. Gah Qran-pri yarışı, gah “Jara” festivalı. Ümumilkdə klub həyatı qaynayır, əcnəbi artistlər də Bakının tez-tez qonağı olur.

Bütün bunlarla yanaşı, bizim Xəzər dənizimiz var. Burada gözəl çimərlik və akva-parlklar da var. Ən əsası isə Bakıda rus dilində səlist danışanların sayı çoxdur. Burada ruslara qarşı münasibət də çox yaxşıdır.

Bütün sadalanalardan heç biri İrəvanda yoxdur. Erməsnitanın paytarxtında heç bir irimiqyaslı, maraqlı, beynəlxalq idman yarışları və musiqi festivalları keçirilmir. Orada dəniz yoxdur, təbii ki, çimərliklər də yoxdur. İrəvanda restoran və kafelərdə orta hesabla qiymət Moskvadakından ucuz olsa da, Kiyev və Minskdəkindən qat-qat bahadır.

Orada yalnız seks-xidmətlər ucuzdur, lakin rusiyalılar bunun üçün oraya yollanmır ki?!

Bundan əlavə, öz istirahətini rusofobiya olan şəhərdə necə seçmək olar?!

Bunu Rusiya KİV-də çalışan və ya rəhbərlik edən etnik ermənilər də təsdiqləyir. Lakin onların təsdiqindən də əlavə, erməni politoloqlarının nitqi, eləcə də erməni KİV-də dərc olunan məqalələrə nəzər yeirdikdə aydın olur ki, rusiyalılar ən yaxşısı İrəvana burnunu soxmasa yaxşıdır.

Uzun müddət unudulmayan sözləri eşitmək olar. Orada artıq ruslar üçün söyləyirlər ki, “bizim bütün bəlalarımız sizin ucbatınızdandır”. Bu tək-tük hal deyil, kütləvi surətdədir. İrəvan sakinlərinin rus jurnalistə söylədiklərinə diqqət edin...

Bu gedişlə vəziyyət rusların İrəvanda döyülməsinə qədər çatacaq.  Xüsusən də artıq – Ermənistan uzadılmış siyasi-iqtisadi qeyri-stabilliylə qədəm qoyub ki, bunun da günahkarını ermənilər Rusiyada görür. O zaman nə üçün ruslar İrəvana getsin ki, orada da alçaldılma, təhqir olunma, bəlkə də döyülməyə məruz qalsınlar?

Bu sualı cavablandıra bilmərəm. Təkcə mən yox, elə çoxları da. 

Əkbər Həsənov

Məqalə müəllifin nəzər-nöqtəsini əks etdirir

Aşağıda bir neçə il öncə rus səyyah və biznesmen Artemiy Lebedevin İrəvana getdiyi zaman çəkdiyi fotolarla tanış ola bilərsiniz.

Paylaş:
2895

Son xəbərlər

Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24
Bütün xəbərlər