Düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb | 1news.az | Xəbərlər
Siyasət

Düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

14:29 - 05 / 08 / 2016
Düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Avqustun 5-də düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şindiyev Ramazan Qurban oğlu yaralanıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejiminin pozulması və hərbi qulluqçumuzun yaralanmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

1news.az

 

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər