“Qarabağda münaqişənin nizamlanmasında, birinci növbədə Vaşinqton yox, Moskva maraqlı olmalıdır” | 1news.az | Xəbərlər
Müsahibə

“Qarabağda münaqişənin nizamlanmasında, birinci növbədə Vaşinqton yox, Moskva maraqlı olmalıdır”

15:10 - 08 / 08 / 2016
“Qarabağda münaqişənin nizamlanmasında, birinci növbədə Vaşinqton yox, Moskva maraqlı olmalıdır”

1news.az-ın politoloq Zaur Məmmədovla müsahibəsi.

-Türkiyədə baş verən hadisələri necə qiymətləndirərdiniz? Allah göstərməsin, əgər hərbi çevriliş cəhdi başqa nətivə ilə bitsəydi, bu Azərbaycana və ümumilikdə Cənubi Qafqaza necə təsir edə bilərdi?

- Əvvəla qeyd etmək istərdim ki, hər ölkədə hakimiyyət yalnız legitim seçkilər nəticəsində dəyişdirilməlidir. Lakin, Türkiyədə baş verənlər gözlənilən idi. Baş verənlərlə bağlı çoxlu versiya var. Olanları hərbi çevriliş adlandırmaq o qədər də düzgün deyil. Hərbçilər böyük hissəsi Ərdoğanın tərəfini tutdular.

Ötən illərdə Türkiyədə hərbi çevrilişlər olub və nəticədə baş nazirlər devrilib: məsələn, 1960, 1971 və 1980-ci illərdə. Ordu həmişə Türkiyə tarixində vacib yerə sahib olub və ziddiyətlərdən məhrum olmayan dövlətin siyasi quruluşunda mühüm qüvvə qismində çıxış edib. Lakin hakimiyyətə gəldikdən sonra, Ərdoğan güc sturkturlarının siyasi sistemə təsirini zəiflədib.

Çevrilişin özünü də planlaşdırılmış adlandırmaq olmaz. Mən üsyançıların hərəkətinin hazırlıqsızlığını və hətta absurdluğunu qeyd etmək istərdim. Birinci növbədə, Baş Qərargahın və siyasi müxalifətin dəstəyini ala bilməyən bu cəhd uğursuzluğa məhkum idi. Bütün iri siyasi partiyalar, hətta Ərdoğanın qatı opponentləri, dərhal çevrilişə qarşı çıxış etdilər. Üsyançıların dəqiq strategiyası, parlaq liderləri yox idi.Hətta konkret hərəkət proqramına sahib deyildilər.

Bundan əlavə, üsyançılar xaotik və qərarsız hərəkət edirdilər. Onlar Baş Qərargahı blokladılar, telemərkəzi ələ keçirdilər və bununla hər şey bitdi. Üsyançılar 2 iri şəhərin küçələrini tutdular və dayandılar.

Burda sual yaranır. Cüzi qüvvəyə malik olan üsyançılar çevrilişi necə həyata keçirmək istəyirdilər? Bir neçə tank, helikopter, təyyarə və bir neçə yüz hərbçi ilə üsyançılar dövlət çevrilişi etmək istəyirdilər? Aydın görünür ki, bu üsyan pespektivsiz idi.

Bu hadisə ölkənin siyasi sisteminin strukturunda ciddi dəyişikliklərə aparacaq. Əgər üsyandan öncə siyasi aktorlar, hakimiyyət sistemindəki güclər arasında müəyyən balans var idisə, bundan sonra o prezidentlik institutu xeyrinə yönələcək. Mümkündür ki, yaxın zamanda biz, ola bilər ki daha az dünyəvi, bir dominant siyasi gücə malik prezident cumhurriyətini görəcəyik.

3-aylıq fövqəladə rejimə gəldikdə isə, bu hakimiyyətə üsyanla bağlı olan şəxslərə qarşı daha təsirli və operativ tədbirlər görməyə imkan yaradacaq.

Üsyan zamanı və ondan sonra Azərbaycan Türkiyəyə böyük dəstək sərgilədi. Bu hadisələr başqa cür bitsəydi belə, Azərbaycana ciddi təsir etməyəcəkdi. Ola bilsin ki, hansısa qüvvələr fəallaşacaqdı, lakin əhalinin dəstəyi olmaması səbəbindən ölkəmizdə hansısa ciddi bir uğura imza ata bilməyəcklərdi.

Bununla birgə Azərbaycan hökümətninin dövlət hakimiyyət strukturlarında güclü mövqeləri var. Azərbaycan hakimiyyəti monolitdir və Azərbaycan Prezideti İlham Əliyevin tam nəzarəti altındadır.

- Türkiyədəki hadisələrlə parallel olaraq, Ermənistanda polis binasına silahlı basqın baş verdi. Belə bir fikir var ki, bu Ermənistan rəhbərliyinin öz oyunudur və bununla o dünyaya göstərmək istəyir ki, guya, erməni xalqı Qarabağ münaqişəsində güzəştlərə getmək istəmir. Sizcə Ermənistanda nə baş verirdi və bunların hamısı Ermənistanın Dağlıq Qarabağ münaqişəsində mövqeyini sərtləşdirə bilərmi?

Versiyalar çoxdur. Ermənistanda son dönəmdə baş verənlərə Türkiyədəki hadislər və ya iqtisadi amillər yox, birinci növbədə aprel hadisələri səbəb olub. Ermənisyan prezidentinin bundan öncə də siyasi problemləri var idi. Aprel hadisələri bu problemləri daha da aktuallaşdırmağa imkan yaratdı.

Azərbaycan ordusunun uğuru bir sıra erməni generalın prezident Sarqsyana qarşı ayaqlanmasına səbəb oldu. Hal-hazırda onlar Qarabağ məsələsində güzəştlər olduğu təqdirdə onu devirməklə hədələyirlər. Lakin Sarqsyan da bu situasiyadan istifadə edərək Rusiyaya göstərir ki, erməni xalqı güzəştə getməyəcək. Ölkədə iqtisadi böhranın mövcudluğu vəziyyəti daha da ağırlaşdırır. Bütün bu amillər Sarqsyanın manevr cəhdlərini “məhdudlaşdırır”, Ermənistanda abu-hava isə radikallaşır.

Mən düşünürəm ki, Moskva bunu istəməyənə qədər, İrəvanda hansısa bir çevriliş və ya inqilab olmayacaq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həli çərçivəsində İrəvanın mövqeyi destruktivdir və bu İrəvanda Azərbaycanın işğal olunmuş əraziləri təmizləmək iqtidarında olduğunu başa düşənədək davam edəcək. Və ermənilər tədricən bunu anlamağa başlayırlar.

- Aprel hadisələrindən sonra məlumat yayılmışdı ki, ilin sonunadək Azərbaycana 5 rayon qaytarılır. Bu doğrudur mu?

- Şaiyələr gəzirdi ki, Ermənistan ilin sonunadək Azərbaycana 5 işğal olunmuş rayon qaytaracaq. Lakin Ermənistanda baş verən son hadisələr, yüksək səviyyəli erməni siyasətçilərin bəyanatları, onların bu ssenariyə hazırlaşmadıqlarını göstərir.

Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin AZƏRTAC-a müsahibəsində Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış kompromisin vacib olduğunu bildirmişdi. Bu kompromis ərazi bütövlüyü və xalqların özünümüqəddəratı prinsipləri arasında optimal balans oluşdurmalıdır. Putin demək istəyir ki, münaqişənin həll çərçivəsində tərəflər anlamalıdırlar ki, qarşılıqlı güzəştlərə ehtiyyac var. Erməni tərəfi məhz bundan boyun qaçırır.

Ermənistanda anlamalıdırlar ki, döyüşlər başladıqda çox şey itirəcəklər. Rusiya isə, öz növbəsində, anlayır ki Ermənistan-Azərbaycan sərhəddi, nə Ukrayna, nə də Gürcüstandır. Buna görə də, münaqişənin nizamlanmasında birinci növbədə Vaşinqton, London və ya Paris yox, Moskva maraqlı olmalıdır. Əksinə, Qərb hər an Qafqazı destabilizə edə bilər. Bu isə Rusiya üçün faciəli olacaq.

- Bakıda Azərbaycanın, Rusiyanın və İranın prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi hansı müsbət nəticələrə gətirib çıxara bilər?

- Tərəflər bu görüşə böyük önəm bəsləyir. Putin və Ruhani Rusiya və İran arasında mövcud olan bir sıra mübahisəli məsələni müzakirə edəcək.

Bu görüşün ən mühüm məsələlərindən biri “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasının layihəsidir. Qeyd etmək lazımdır ki, bu layihə Bakı üçün çox prinsipialdır. Bu təqdirdə Ermənistan yox, məhz Azərbaycan bölgənin iki vacib ölkəsi arasında dəhlizə çevriləcək.

- Avqustun 8-i Bakıya səfərindən sonra Rusiya prezidenti ayın 10-u Moskvada Serj Sarqsyanı qəbul edəcək. Sizcə bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaqmı?

-Sözsüz ki, Putin və Sarqsyan bu məsələni müzakirə edəcəklər. Aprel hadisələrindən sonra Azərbaycan daha çox ümid edir ki, rəsmi Moskva, nəhayət ki, Ermənistana, onun siyasi elitasının Azərbaycanla konkret və ən əsası konstruktiv dialoq aparması üçün, təzyiq göstərəcək. Moskva anlamalıdır ki, biz XVIII-ci əsrdə yaşamırıq, Pyotr dövrü keçmişdə qalıb. Azərbaycan Rusiyaya Ermənistandan daha çox lazımlıdır.

Münaqişənin həlli – Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılması və sonra Dağlıq Qarabağın rəsmi statusunun müzakirəsidir.

1news.az

Paylaş:
1552

Son xəbərlər

SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54
Bütün xəbərlər