Putin İlham Əliyev və Ruhani ilə İranda dəmir yolu tikintisini müzakirə edəcək
Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və İranın dövlət başçısı Həsən Ruhani ilə keçiriləcək üçtərəfli görüşü zamanı birgə iqtisadi layihə – “Şimal-Cənub” nəqliyyat dəhlizini müzakirə edəcəklər.
Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bəyan edib ki, tərəflər uzunluğu 172 km olan Rəşt (İran) – Astara (Azərbaycan) dəmir yolu tikintisini də müzakirə edəcəklər:
“Bu magistral “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin birbaşa dəmir yolu birləşməsi üçün qərb hissəsində çatışmayan elementdir”.
Moskva və Tehran arasında bu dəhlizin qərb hissəsində Astaradan Rəştə dəmir yolu çatışmır. Dəqiqləşdirilib ki, bu dəhlizin şərq hissəsi – İran-Türkmənistan-Qazaxıstan-Rusiya artıq 2015-ci ildən istismara verilib.
Həmçinin “Xəzər üçlüyü” çərçivəsində terrorizmlə mübarizə, eləcə də Xəzər dənizinin hüquqi statusu da müzakirə olunacaq.
Gazeta.ru