İlham Əliyev: “Rusiya, Azərbaycan və İran liderlərinin üçtərəfli görüşü regionda inkşafa xidmət edəcək”
Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ nizamlanmasındakı fəal iştiraka görə təşəkkür edib.
1news.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə deyib.
İlham Əliyev Rusiyanın münaqişənin həllindəki rolunu xüsusi vurğulayaraq deyib ki, Azərbaycan və Rusiya prezidentlərinin mütamadi görüşləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin inkişafına yeni impuls verir:
“Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, siyasi dialoq, iqtisadi əlaqələr möhkəmlənir. Yeni format olan Rusiya, Azərbaycan və İran liderlərinin üçtərəfli görüşü regionda ölkələrin iqtisadi əməkdaşlığının inkişafına və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək”.
İ.Əliyev sözlərinə əlavə edib ki, qonşularla dostluq əlaqələri Azərbaycanın milli maraqlarına uyğundur:
“Ölkələrimizi sıx dostluq münasibətləri bağlayır, ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləyirlər. Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”, - deyə prezident İlham Əliyev bildirib.
Dağlıq Qarabağ münaqişəsində “status kvo”nun qəbuledilməz olduğunu da deyən İlham Əliyev, uzun illərdir Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu xatırladıb:
“Ölkəmizdə 1 milyondan çox qaçqın və köçkün var. BMT-nin 4 qətnaməsində erməni silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması əksini tapsa da, bu qətnamələr, əfsuslar olsun ki, yerinə yetirilmir”.
1news.az